Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məzunların imtahan yükü azalacaq
Tarix: 21.06.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələn ildən buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq

"Yeni tədris ilində ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur". Bunu təhsil naziri Ceyhun Bayramov Nazirliyin hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
C. Bayramov yeni qəbul modelinin üstünlüklərini də açıqlayıb. Nazir qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq, məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.
Qeyd edək ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Eyni zamanda, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur. Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. I qrupa sənəd verənlər riyaziyyat, fizika, kimya, II qrupa sənəd verənlər riyaziyyat, coğrafiya, tarix (Azərbaycan və Dünya tarixi), III qrup Azərbaycan dili (rus dili), tarix(Azərbaycan və Dünya tarixi), ədəbiyyat, IV qrupa sənəd verənlər kimya, biologiya və fizikadan imtahan verməli olacaqlar.
Digər tərəfdən 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem də saxlanılacaq. Belə ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür. Abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Almaz Həsrət hesab edir ki, nəzərdə tutulan dəyişiklərdən müsbət nəticələr gözlənilir: "Buraxılış imtahanlarında şagirdlər 3 fəndən imtahan verəcəksə, bu fənlər içərisində "Azərbaycan dili və ədəbiyyat” və "Azərbaycan tarixi”nin olması təqdirəlayiqdir. Mən bu fənləri ona görə xüsusi olaraq vurğuladım ki, məktəbi bitirmiş hər bir şagird orta səviyyədən bir az çox bilməlidir. Qəbul imtahanında qrupun istiqamətlə əvəzlənməsi və bu dörd istiqamətin hər birində üç fəndən imtahanın verilməsi alqışalayiq bir haldır. Çünki həm şagirdləri yormayacaq, həm də məzun gedəcəyi istiqamət üzrə daha yaxşı ixtisaslaşmış olacaq. Həmin üç fənnin öyrənilməsinə daha çox diqqət ayıracaq və öz sahəsinin mütəxəssisi olacaq. Bir məsələni də qeyd etmək istəyirəm ki, yaxşı olardı, istiqamətlər üzrə universitetlərin də bölgüsü aparılsın. Humanitar sahə üzrə qəbul imtahanı verən abituriyentin topladığı bala uyğun olaraq, hansı universitetdə təhsil alacağı göstərilsin”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov da yeni modeli müsbət qiymətləndirib: “2019-cu ildən etibarən ali məktəblərə qəbul qaydalarında ciddi dəyişikliklər həyata keçiriləcək. Əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, hal-hazırda qüvvədə olan 4 ixtisas qrupunun hər birinə 5 fənn daxildir. Bundan əlavə orat ixtisas məktəblərini bitirmiş şəxslər 3 fənndən - Azərbaycan dili, riyaziyyat və xarici dildən buraxılış imtahanı verirlər. 2019-cu ildə tətbiq ediləcək yeniliyə görə isə fənnlərin sayında azalma olacaq. Onu da deyim ki, buraxılış imtahanına düşən fənnlər, qəbul imtahanında təkrar olunmayacaq".
Təhsil eksperti hesab edir ki, bu gün ali məktəblərə qəbul fənnlərin sayı, sualların ağırlığına görə bir qədər ağırdır: "2019-cu ildən etibarən buraxılış və qəbul imtahanlarında toplanan ballar cəmlənəcək. Buraxılış imtahanının nəticələri qəbul imtahanına təsir göstərəcəyinə görə şagirdlər orta məktəblərdəki qiymətlərdə maraqlı olacaqlar. Bu orta məktəblərimizin inkişafına, bu sahəyə marağın artmasına gətirib çıxaracaq".
Mütəxəssis həmçinin vurğulayıb ki, ixtisas qrupları ilə bağlı da dəyişiklik edilməsi müsbət olar: “İndi hazırda 4 ixtisas qrupu var. Tutaq ki, indi kimsə tarixə və ya filologiyaya qəbul olmaq istəyir, amma o riyaziyyatdan da imtahan verir. Bu əhəmiyyətsiz bir işdir. Mən düşünürəm ki, 2019-cu ildən artıq ixtisas qrupları da ləğv olunacaq. Texniki, iqtisadiyyat, humanitar və təbiət istiqamətləri üzrə 4 bölmə olacaqdır. Buraxılış imtahanları ilə bərabər, bu istiqamətlərə daxil olan əsas 3 fəndən imtahan keçiriləcək. Məsələn, Fransada orta məktəbi bitirən şəxs sənədlərini götürüb birbaşa rahat qaydada ali məktəbə qəbul olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə imzaladığı Təhsilin inkişafı üzrə Dövlət Strategiyası var. Strategiyanın da əsas istiqamətlərindən də biri budur ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, həqiqətən də prezidentin tapşırıq verdiyi kimi, 2019-cu ildən fənlərin sayının azalması ali məktəblərin əlçatan olması ilə nəticələnəcək”.

Ekspert onu da deyib ki, ali məktəblərə qəbul imtahanın sualları ilə buraxılış imtahanlarının suallarının çətinlik dərəcəsi fərqlidir: "Hamı buraxılış imtahanından sonra ali məktəbə getmir. Bəziləri kollecə, bəziləri xaricdə təhsil almağa gedəcək. Ona görə də, abituriyentlərimiz elə fənlərdən imtahan verməlidirlər ki, həmin fənlər onların sonrakı həyatında önəmli olsun. Yəni tutaq ki, kimsə humanitar istiqamətdə gedəcəksə, ona riyaziyyatı və kimyanı akademik səviyyədə bilmək ehtiyac deyil. Xarici dil məsələsinə gəlincə, ali məktəbdə tədrisin keyfiyyətini artırmaq lazımdır. Mən düşünürəm ki, imtahan prosesi artıq yekunlaşmalıdır. Ali məktəblərdə keyfiyyət artımı olmalıdır. Bu gün nə qədər yaxşı dəyişiklik etsək də, imtahanlar nə qədər şəffaf, beynəlxalq standartlara cavab versə də, ali məktəbdə tədris keyfiyyətli olmasa, nəticə əldə olunmayacaq. Ona görə də düşünürəm ki, 2019-cu ildən tətbiq ediləcək dəyişikliklər şagirdlərin psixologiyasına müsbət təsir göstərəcək”.
Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanı bundan sonra da test üsulu ilə həyata keçiriləcək: "Test ən mütərəqqi seçim üsuludur. Dünyada testin 36 növü var. Təkcə qəbul imtahanı olmayacaq, əlavə esselərdən, inşa yazılardan da istifadə oluna bilər. Yəni nə üçün hüquqşünas olmaq istəyini bir essedə təsvir etməlisən". Ekspertin sözlərinə görə buraxılış imtahanlarının nəticələrinə görə artıq ali məktəblərin ödənişli ixtisaslarını da seçmək mümkün olacaq. Ekspert onu da qeyd edib ki, sualların sayında azalma müşahidə ediləcək.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
17.12.2018
“Müharibə əlilləri, şəhid ailələri həmişə ölkə başçısının diqqət və qayğısını hiss ediblər” - MÖVQE
Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb
Dekabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanda insan hüquqları hələ də pozulur, indiki hakimiyyət əvvəlkilərin səhvini təkrarlayır - Erməni hüquq müdafiəçisi
Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
Bu avtomobil yolunda sürət həddi azaldıldı
Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub
Azərbaycanda şagirdlərin sayı 1,5 milyonu ötüb RƏSMİ
İlham Əliyev və birinci xanım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar
Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində olub