Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İmişli sakini Bakıda öz avtomobilini qaçırdı - GÜNÜN TƏZADLARI
Tarix: 21.06.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda öz maşınını qaçıran şəxs saxlanıldı. Hafta.az-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib. Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.


Mingəçevirdə baba laqonda ilə nəvəsinin ayağını kəsdi


Mingəçevir şəhərində baş verən bədbəxt hadisə nəticəsində 14 yaşlı uşaq xəsarət aldı. Hafta.az-ın yazdığına görə, “Report”un Şirvan bürosu xəbər verir ki, Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44-də işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb. Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.
Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib.


Prezidentin oğlu ölümlə hədələndi


ABŞ prezidentinin həyat yoldaşı Melanya Tramp onun və övladının ünvanına edilən təhdidlərlə əlaqədar Məxfi Xidmətə müraciət edib. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu haqda “The Daily Caller” məlumat yayıb. Məlumata görə, təhdid aktyor Piter Fondadan gəlib. “Biz Berron Trampı anasının əlindən alıb, pedofillərlə dolu qəfəsə yerləşdirməliyik”, -deyə aktyor öz “Twitter” səhifəsində yazıb. Birinci xanımın nümayəndəsi Stefani Qrişem Məxfi xidmətinin həmin təhdidlə bağlı məlumatlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, aktyorun bu ismarışı olduqca “iyrənc və məsuliyyətsizdir”. Berron Tramp ABŞ prezidenti Donald Trampın ən kiçik övladıdır, 2006-cı ildə doğulub.


Təyyarədə dilənçilik edən şəxs tapıldı


Sosial şəbəkələrdə təyyarədə dilənçilik edən şəxsin görüntüləri yayıldı. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, dilənən şəxsin hava limanına necə girməsi barədə məlumat yoxdur. Görüntüsündən yaşlı olduğu görünən kişinin dilənçilik etməsinə şahid olan stüardessa ona yaxınlaşaraq təyyarəni tərk etməsini söyləyir. Daha sonra isə başqa bir oğlan işçi həmin şəxsə yaxınlaşır. Videodan göründüyü qədərilə onların kişini təyyarədən çıxarma cəhdləri baş tutmayıb.


Nyu-York metrosunda tavan uçdu


Nyu-York metrosunun Bruklin ərazisinə düşən “Boro-holl” stansiyasında tavanın bir hissəsi qismən uçdu. Hafta.az-ın yazdığına görə, “Report” “CBS New York”a istinadla xəbər verir ki, konstruksiyanın bir hissəsi həmin vaxt platformada olan qadının çiyninə düşüb. Qadın cüzi xəsarət alıb və tibbi yardımdan imtina edib. Hazırda Manhetten istiqamətində gedən qatarlar stansiyada dayanmadan hərəkət edir.


İngiltərədə ağrıkəsicidən 456 nəfər həlak oldu


İngiltərənin Hempşir qraflığında yerləşən “Gosport War Memorial” xəstəxanasında pasiyentlərə güclü ağrıkəsicilərin verilməsi nəticəsində son 4 ildə 456 nəfərin həlak olduğu bilindi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə 2014-cü ildən bəri milyonlarla tibbi sənədi araşdıran müstəqil komissiyanın hesabatında deyilir. İddiaya görə, 1989-2000-ci illər ərzində xəstəxananın pasiyentlərinə izafi dozalarda kliniki təsdiq olunmamış opioidlər verilib. Qalmaqalın əsas fiqurantlarından olan həkim Ceyn Barton 1996-1999-cu illər ərzində 12 xəstəyə tibbi yardımın göstərilməsində səhlənkarlığa görə töhmət alsa da, ona qarşı heç bir cinayət işi açılmayıb və ölüm halları ilə bağlı faktlar üzə çıxdığı ərəfədə təqaüdə çıxıb. Britaniya baş naziri Tereza Mey baş verənlərə görə dərindən üzüldüyünü bildirib. Qurbanların ailələrindən üzr istəyən Mey Milli Səhiyyə idarəsinə qalmaqalı hərtərəfli araşdırmağı tapşırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018