Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
1 kq-dan artıq heroin aşkarlanıb
Tarix: 22.06.2018 | Saat: 10:49:00
Bölmə:Hadisə | çapa göndər

Daxili işlər orqanları tərəfindən saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb.

DİN-dən hafta.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən çəkisi 1 kiloqram 102 qrama yaxın narkotik vasitə olan heroin götürülüb.

Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018