Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
Tarix: 22.06.2018 | Saat: 12:56:00
Bölmə:Mədəniyyət | çapa göndər

Mədəniyyət naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşlarla görüşüb.

 Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazir Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edib. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya olunması, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar. 

İsmayıllı sakinlərinin müraciətləri rayonda mədəniyyət işçiləri üçün kurort-sanatoriyanın tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların sənətkarlarının və folklor qruplarının xarici ölkələrə səfərlərinin təşkili, Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi və ya mövcud binanın regional idarənin balansına verilməsi, Diyallı kənd Yaradıcılıq evinin dam örtüyünün təmir olunması və başqa məsələlər barədə olub. 

Qəbələdən qəbula yazılan vətəndaşlar Xalq teatrının repertuarına uyğun səhnə əsərlərinin çap olunması, Heydər Əliyev Mərkəzinin fondunun zənginləşdirilməsi, İncəsənət məktəbində skripka sinfinin açılmasını təklif ediblər.

 Ağsu sakinləri Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, rayon ərazisindəki tarixi abidələrin bərpa olunması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

 Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi, folklor qruplarına peşəkar mütəxəssislər tərəfindən köməklik göstərilməsi barədə müraciət ediblər. 

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
17.12.2018
“Müharibə əlilləri, şəhid ailələri həmişə ölkə başçısının diqqət və qayğısını hiss ediblər” - MÖVQE
Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb
Dekabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanda insan hüquqları hələ də pozulur, indiki hakimiyyət əvvəlkilərin səhvini təkrarlayır - Erməni hüquq müdafiəçisi
Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
Bu avtomobil yolunda sürət həddi azaldıldı
Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub
Azərbaycanda şagirdlərin sayı 1,5 milyonu ötüb RƏSMİ
İlham Əliyev və birinci xanım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar
Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində olub