Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nazirlik qanunsuz balıq ovu ilə bağlı reyd keçirib
Tarix: 22.06.2018 | Saat: 14:52:00
Bölmə:Sosial | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə reyd keçirilib.

ETSN-dən hafta.az-a verilən məlumata görə, Xəzər dənizinin Corat və H.Z.Tağıyev qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri Qulu və Elman Ağayevlər, Allahyar Bədəlov qanunsuz balıq ovu edərkən saxlanılıb və onlardan 18 ədəd kütüm, 7 ədəd nərə balığı və ov alətləri götürülüb. Qanun pozucuları barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütümə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

 

Mingəçevir su anbarının Xanabad kəndi və Samux rayonu ərazilərində keçirilən reydlər zamanı Mingəçevir şəhər sakinləri Azər Dünyamalı və Ramin Bayramsoy qanunsuz balıq ovu edərkən saxlanılıb. Qanun pozucularından 45 ədəd şahmayı balığı götürülərək barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 1485 manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018