Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mədəniyyət Günlərinin açılışında müştərək filmin çəkilişinə dair saziş imzalanacaq” - Əsgər Farsi
Tarix: 22.06.2018 | Saat: 15:39:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycanda 27 iyun-1 iyul tarixlərində İran Mədəniyyət Günləri keçiriləcək.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı İranın ölkəmizdəki Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransında Mərkəzin sədri Əsgər Farsi bildirib. Azərbaycan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Bakı və Gəncə şəhərlərində mədəni toplantı və mərasimlərin keçirilməsi ilə başlayacaq tədbirdən söz açan cənab Farsi bildirib ki, əslində iki ölkənin tarixi və mədəniyyəti eynidir. “Tarix boyu bir-birimizin sevincinə, kədərinə şərik olmuşuq, yaxşı-pis günlərdə bir-birimizdən ayrılmamışıq. Hətta sovet dönəmində də tikanlı məftillər xalqlarımızın münasibətlərinə əngəl ola bilməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə əlaqələrimizdə yeni inkişaf dövrü başlayıb” deyən Farsinin sözlərinə görə, aradakı sərhədlərə baxmayaraq, onlar Rəşid Behbudov kimi dahi sənətkarın musiqilərini həvəslə dinləyiblər. 

“Daha əvvəllər də İranda Azərbaycan Mədəniyyət günləri keçirilib. Tehran, İsfahan və Ərdəbildə təşkil edilmiş həmin mədəniyyət tədbirində Azərbaycandan 70 nəfərlik mədəniyyət və incəsənət adamından ibarət kollektiv qatılmışdı. Həmin prosesdə Azərbaycanın 5 filmi nümayiş etdirilmişdi. Bilirik ki, bu cür Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımız, xüsusilə də yeni nəsillər arasında əlaqələrin daha da inkişafına stimul verir. İranda ildə bir dəfə “Fəcr” Kino festivalı keçirilir və onlarda Azərbaycan filmləri də nümayiş olunur. Hətta ötən ilki festivalda Azərbaycanın böyük kino xadimi Həmidə Ömərova münsiflər heyətinin üzvü idi” deyən Mərkəz sədri bir maraqlı məqama da toxunub. Deyib ki, iki ölkə xalqları əsasən klassik mədəni irsi yaxşı bildiyi halda, müasir mədəniyyət və incəsənət sferasının nümayəndələrini o qədər də yaxşı tanımırlar. Ona görə də, istəyirlər ki, qarşılıqlı şəkildə yeni ədəbi mühitin nümayəndələrini ictimaiyyətə tanıtsınlar, əsərləri çap edərək, yaysınlar. Buna misal olaraq, o deyib ki, Leyla Əliyevanın şeirlərindən ibarət kitabı İranda nəşr ediblər və bu proses davamlı olacaq. Bundan əlavə, əlyazmaların tədqiqi, tarixi abidələrin öyrənilməsi və sair sahələrdə də birgə əməkdaşlıq ediləcək.

Ə.Farsi təhsil və elm sahəsəində də İranla Azərbaycan arasında yaxşı əlaqələrin qurulduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda iki mindən artıq iranlı tələbə təhsil alır ki, bu da böyük göstəricidir.

“İran Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə ölkəmizin ən yaxşı mədəniyyət və incəsənət xadimləri, belə demək mümkündürsə, mədəniyyətin qaymaqları iştirak edəcəklər. Hətta ilk dəfə olaraq İran Milli Orkestri də 40 nəfərlik heyəti ilə Bakıda səfərdə olacaq. Onu da deyim ki, bizim milli orkestrin üzvləri çox gəncdirlər, orta yaşları 25-dir. Onların da 30 faizi qadınlardır” deyən Ə.Farsi əlavə edib ki, Mədəniyyət Günlərində kinonun özünəməxsus yeri olacaq. Bunlardan bir örnək isə Azərbaycanda da hər kəsin sevə-sevə izlədiyi “Məhəmməd Rəsulallah” tarixi filmidir ki, rejissor Məcid Məcidi tərəfindən ərsəyə gətirilib.
Ə.Farsi deyib ki, İran kinematoqrafçıları və rejissorları Azərbaycandakı həmkarları ilə sıx əməkdaşlıq eləmək fikrindədirlər. Hətta gözlənilir ki, Bakıda keçiriləcək tədbirlər çərçivəsində müştərək filmin çəkilişinə dair anlaşma imzalasınlar. Bi film həm Azərbaycanda – İçərişəhərdə, həm də İranda çəkiləcək. Aktyorlar da hər iki ölkədən olacaq və sair. Filmin adı isə Mədəniyyət Günlərinin açılışında elan ediləcək.
“Mədəniyyət Günlərində iştirak eləmək üçün İranın əl işi sənətkarlarından ibarət 15 nəfərlik heyətin də gəlişi gözlənilir. Bu heyətə xalçaçılar, nəqqaşlar, rəssamlar və sair daxil olacaq. Bundan əlavə, İran teatrının ən yaxşı nümayəndələri də Azərbaycana təşrif buyuracaqlar" deyib Mədəniyyət Mərkəzinin sədri.

Yeri gəlmişkən, İran Mədəniyyət Günlərinin rəsmi açılışı iyunun 27-də Dövlət Filarmoniyasında, mədəniyyət və incəsənət sərgisinin açılışı isə həmin gün Muzey Mərkəzində baş tutacaq və 30 iyun tarixinədək davam edəcək.

İyunun 28-də, tədbir, Məcid Məcidinin “Məhəmməd Rəsulallah” filminin Nizami kino mərkəzində nümayişi ilə davam etdiriləcək. Eləcə də, həmin gün Azərbaycan Dövlət Musiqili Teatrda “İlahi komediya” teatrının nümayişi başlayacaq.

İyunun 29-da isə tədbir Gəncə şəhərində davam etdiriləcək. Gəncə Dövlət Filarmoniyasında İran Milli Orkestrinin çıxışı olacaq. Eyni zamanda, Bakıdakı Musiqili Teatrda “İlahi komediya” tamaşası ikinci dəfə nümayiş etdiriləcək...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018