Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avropa parlamentinin deputatı soyadını erməniləşdirdi - GÜNÜN TƏZADLARI
Tarix: 22.06.2018 | Saat: 19:33:00
Bölmə:Günün təzadları | çapa göndər

Azərbaycan XİN-in “qara siyahısı”nın məşhur üzvlərindən olan Avropa parlamentinin deputatı Frank Engelin soyadının sonuna erməni “yan” şəkilçisini əlavə etdiyi bilindi. Hafta.az xəbər verir ki, bu haqda “Sputnik Armeniya” məlumat yayıb. Bir müddət öncə erməni qızı Tatev Manukyanla evlənmiş belçikalı deputat soyadını arvadınınkı ilə uyğunlaşdırmaq qərarına gəlib. Artıq cütlüyün Brüsseldəki qərargahının qapısına ermənicə “engelyanlar” (“Էնգելյաններ”), yazılıb. Bu barədə Ermənistan XİN-in mətbutat katibi Tiqran Balayan özünün “Tvitter” səhifəsində yazıb.

Xatırladaq ki, toyunu İrəvanda keçirən qatı ermənipərəst deputat Frank Engel “bal ayı”nı düz, bir ay müddətində Azərbaycanın işğal altındakı torpaqlarında qeyd edib.


12 yaşında Kəbəni üzərək təvaf etmiş adam üzə çıxdı


77 yaşında vəfat etmiş Bəhreynli Şeyx Əli Əl-Əvadinin yeniyetmə çağında Kəbə evini üzərək təvaf etdiyi bəlli oldu. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir. Əli Əl-Əvadi sağlığında bu qeyri-adi əhvalatı televiziyada yayımlanan bir verilişdə belə nəql edib:
“1941-ci il idi. 12 yaşım vardı. Məkkədə elm təhsili ilə məşğul idim. Həmin il bir həftə ardıcıl olaraq gecə-gündüz güclü yağış yağdı. Məkkəni sel-suları başına aldı. Yağışın son günü ustadım, iki qardaşım və bir dostumla birgə Məscidul-Hərama daxil olmaq istədik. Lakin məscidin ətrafında 2 metrə yaxın hündürlükdə su var idi. Hamı dayanıb bu səhnəyə tamaşa edirdi. Nəhayət, mən Kəbəni üzərək təvaf etməyi təklif etdim. Nəticədə, qardaşım və dostumla birlikdə bu işi həyata keçirdik...”.


Sumqayıt Dövlət Universitetinin tavanı çökdü


Cümə axşamı saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşdü. Hafta.az yazır ki, bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib. O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.


Argentina Xorvatiyaya böyük hesabla uduzdu


DÇ-2018-in qrup mərhələsinin 2-ci turundakı Argentina - Xorvatiya oyununda dünya çempionu olmuş komanda gözlənilməz şəkildə məğlub oldu. Hafta.az yazır ki, Musavat.com-un FİFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, matç Rusiyanın Nijni Novqorod şəhərində "Nijni Novqorod" stadionunda keçirilib. Argentina - Xorvatiya qarşılaşmasını özbəkistanlı baş hakim Ravşan İrmatov idarə edib. Oyunun 53-cü dəqiqəsində xorvatiyalı yarımmüdafiəçi Ante Rebiç qapıçı Vilfredo Kabalyeronun kobud səhvindən istifadə edərək hesabı açıb-0:1 80-ci dəqiqədə Luka Modriç Xorvatiyanın 2-ci qolunu vurub.
Oyunun sonuncu, 90-cı dəqiqəsində isə İvan Rakitiç Maradonanın həmyerlilərini 3-cü dəfə məyus edib - 0:3. Bu nəticə ilə Xorvatiya 1/8 mərhələyə vəsiqə qazanıb. Argentina üçün isə bundan sonra möcüzə lazımdır.


Şəmkirdə musiqiçilər traktorla toqquşdu


Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verdi. Hafta.az yazır ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018