Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır" - Nazir
Tarix: 22.06.2018 | Saat: 23:25:00
Bölmə:Sosial | çapa göndər

"Azərbaycan prezidenti İlham Əliyevin Təhsilin İnkişafına dair Dövlət Strategiyasını imzalamasından 5 il ötür. Bu sənəd ambisiyalı yol xəritəsinə çevrilib və biz son illər aparılan islahatların nəticələrini görürük".

APA-nın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən CAMCA regional forumunda çıxışında deyib. Nazir bildirib ki, islahatlar nəticəsində təhsil xidmətlərinə girişlə bağlı nəzərəçarpacaq irəliləyiş əldə edilib: "5-6 yaşlı uşaqların məktəbə hazırlığı 20 faizdən 65 faizə yüksəlib. 1400-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi müəllimlərin maaşlarının 2 dəfə artmasına səbəb olub.

Xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq inkişaf edib. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq ölkəmizdə təhsilə böyük investisiya qoyulur. Son 10 ildə ölkədə məktəblərin 70 faizi yenidən təmir olunub. Onlardan 100-ü qaçqın və məcburi köçkün uşaqların təhsil aldığı məktəblərdir. Bu, onların təhsil kimi fundamental hüquqlarını təmin etmək üçün edilib. Nailiyyətlərə baxmayaraq, çağırışlarla dolu gündəliyimiz var.

Əsas məqsədlərdən biri məktəbəqədər hazırlığı 2020-ci ilə kimi 90 faizə qaldırmaqdır. Həmçinin peşə təhsili ilə bağLı hədəflərimiz var. Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018