Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Mən işimi sülhün yaradılması ilə başlayacağam" - Prezident
Tarix: 23.06.2018 | Saat: 10:59:00
Bölmə:Siyasət | çapa göndər

“Tacikistanın müstəqilliyinə gedən yol asan və rəvan olmayıb. Xalqımız müstəqillik əldə etdikdən sonra, Tacikistan daxili qarşıdurmaya cəlb olundu, ölkə ərazisində dövlətçiliyimizi təhdid edən vətəndaş müharibəsi alovlandı”.

Bu sözlər Tacikistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məqalədə deyilir. Bildirilir ki, o vaxtlar ölkədə nə hakimiyyət, nə də siyasimüxalifət hələ tam formalaşmamışdı. 1990-cı il fevralın 25-də Tacikistan Ali Sovetinə seçkilər keçirilib. Məhz fevral hadisələri, taciklərin milli faciəsinin başlanğıcı olub. Ölkə rəhbərliyi davamlı keçirilən mitinqlər və itaətsizlikdən ortaya çıxan problemlərin sülh yolu ilə həllinə nail ola bilmədi. Nəticədə toqquşmalar yaşandı, hökumət qüvvələri ilə cəmiyyət arasında dərin siyasi və psixoloji böhran yarandı.

“Hadisələr zamanı yaranmış vəziyyətə etiraz edən bir neçə gənc təhrikçi qüvvələr tərəfindən qətlə yetirildi. Yaranmış qeyri-müəyyən vəziyyətin get-gedə daha da pisləşməsində, əlbəttə, dini təşkilatların siyasətə müdaxiləsinin, ruhanilər arasında təhrikçi fitnələrin baş alıb getməsinin də böyük rolu vardı. Beləlilə, Tacikistanda alovlanan mülki müharibə 1992-ci ildən 1997-ci ilədək davam etdi. Bu dövrdə 150 ​​mindən çox adam həlak oldu, 1 milyondan artıq insan ev-eşiyindən qaçqın düşdü. Bu müddətdə ölkə iqtisadiyyatına dəyən zərərin həcmi 10 milyard dollarından çox idi. Lakin səbr kasası dolan tacik xalqı dağıdıcı qüvvələrə qarşı var qüvvəsi ilə mübarizəyə qalxdı” deyilir məqalədə.

Bu cür çətin bir vaxtda prezident Emoməli Rəhmon milli barışığın bərqərar olunması və ölkəni bürüyən qarşıdurmalarıun aradan qaldırılması müstəvisində əzmli iradə nümayiş etdirib. Beş il davam edən hadisələr isə Tacikistanın suverenliyini, dövlət müstəqilliyini imtahana çəkildiyi dövr hesab olunur.

Məqalədə daha sonra qeyd edilir ki, hər hansı ölkədə cəmiyyətin inkişafı siyasi liderlərin fəaliyyətinə sıx bağlıdır. Belə bir lider isə gənc, enerjili, məsuliyyətli, uzaqgörən və müdrik Emoməli Rahmon idi.

Yeri gəlmişkən, dövlət başçısı E.Rahmon bir dəfə çıxışında deyirdi: "Mən işimi sülhün yaradılması ilə başlayacağam. Mən demokratik, qanunverici dövlətin tərəfdarıyam. Vəziyyəti sabitləşdirmək üçün hamımız həmrəylik içində olmalıyıq və mən buna nail olmaq üçün əlimdən gələni edəcəyəm".

Belə də oldu: bütün çətinliklərə rəğmən prezident Emoməli Rəhmonun müdrük siyasəti nəticəsində Tacikistanda sülh və sabitlik yarandı, tacik xalqı arasında millik birliyə nail olundu. Nəhayət, 27 iyun 1997-ci ildə Tacikistanda Sülh və Milli Birliyi əxz etdirən müqavilənin təsisi haqqında Baş Saziş imzalandı.

Məqalədə deyilir ki, Tacikistanda həyata keçirilən milli barışıq siyasəti vətəndaş müharibələri tarixində olduqca unikal bir təcrübə sayılmalıdır. Taciklərin əldə etdiyi bu təcrübə sadəcə ölkə üçün deyil, bütün dünyaya aid dəyərdir. Bu, dünyanın fərqli ölkələrində həllini gözləyən daxili münaqişələr üçün yaxşı örnək ola bilər.

Cəmiyyətin sağlam qüvvələrini birləşdirmə prosesində Tacikistanın İctimai Şurası və bunun bir hissəsi olan digər ictimai-siyasi quruluşlar da mühüm rol oynayıblar. Danışıqların uğurla başa çatması nəticələrində əldə olunan, Tacikistan İctimai Şurasının yaradılmasına dair müqavilə prezidentin və parlament rəhbərliyinin bilavasitə iştirakı ilə 9 mart 1996-cı ildə 30 siyasi partiya, hərəkat və ictimai birliklərin iştirakı ilə imzalanıb. İctimai Şuranın formalaşmasında əsas məqsəd Tacikistanda sülh və milli barışığa nail olmaq idi. Bu gün Tacikistan Respublikasının İctimai Şurası öz ətrafında siyasi partiyaları, digər nüfuzlu ictimai hərəkatları birləşdirən çox güclü siyasi qüvvədir. Bu, böyük məqsədlərə nail olmaq, sülhün və birliyin möhkəmləndirilməsinin, dövlət fondlarının gücləndirilməsinin və tacik cəmiyyətinin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün etibarlı və effektiv bir potensialdır. Bu baxımdan, Tacikistan Respublikası Dövlət Şurasının üzvləri Müqavilənin qeyri-müəyyən müddətə uzadılması aktını imzalayıb.

“Müqavilədə göstərilən problemlərin həlli ölkədə geri dönməz sülhün daha etibarlı təmin olunmasını gücləndirib. Bu gün biz qürur hissi ilə qeyd edirik ki, tacik xalqının təcrübəsi başqaları üçün nümunədir və BMT tərəfindən qiymətli bir model olaraq tanınır” deyilir məqalədə.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018
18.07.2018