Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daha bir Azərbaycan Ticarət Evi Həştərxanda açılacaq
Tarix: 22.06.2018 | Saat: 23:51:00
Bölmə:Gündəm | çapa göndər

Gələn il Rusiyanın Həştərxan şəhərində Azərbaycan Ticarət Evi açılacaq.

Bu məsələ Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin sədrliyi ilə Turizm üzrə Regional Şuranın iclasında müzakirə edilib.

İclas zamanı A.Jilkin qeyd edib ki, Azərbaycan məhsullarına nəinki həştərxanlılar, eləcə də turistlər arasında böyük tələbat olacaq.

Ticarət Evi bu ilin mayında Həştərxanın Bakı küçəsində açılan Azərbaycan Biznes Mərkəzinin qonşuluğunda yerləşəcək. Hazırda Biznes Mərkəzinin ərazisində 25 Azərbaycan şirkətinin məhsullarından ibarət sərgi təşkil edilib.

Azərbaycan Biznes Mərkəzinin direktoru Regina Fayzulayeva bildirib ki, Ticarət Evinin sənədləri tam sürətlə hazırlanır. Ticarət Evində məhsulların satışı həm topdansatış, həm də pərakəndə formada həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Kiyevdə Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək. Bundan əvvəl Belarus və Latviyada Azərbaycan Ticarət evləri açılıb.(trend)



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018