Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası öz işinə başlayıb
Tarix: 23.06.2018 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrin nazirlərinin 4-cü iclası keçirilir. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edir.

Dünən Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasında kartel üzrə hasilat kvotasının 100 faizlik icrasına, yəni neft istehsalının gündəlik 1 milyon barrel artırılması barədə qərar qəbul olunub. İclasda, həmçinin Konqo OPEC-ə 15-ci üzv ölkə kimi qəbul edilib, OPEC Nazirlər Şurasının növbəti – 175-ci iclasının bu il dekabrın 3-də Vyanada keçirilməsinə qərar verilib, eləcə də OPEC üzrə cari ilin may ayında neft hasilatının azaldılmasına dair sazişə 152 faiz əməl olunduğu bildirilib.

OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasında Nazirlər Şurasının yeni qərarına dair müzakirələr aparılır və yeni hasilat strategiyasi rəsmi şəkildə qəbul olunacaq.

OPEC və qeyri-OPEC nazirlərinin 6-cı iclası isə gələn ilin yayında Bakıda keçiriləcək.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018