Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pestisidlərin istifadəsi mütəxəssislərin nəzarəti altında aparılmalıdır
Tarix: 25.06.2018 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Son günlər pamбыг сащяляриндя чалышанларын zəhərli kimyəvi maddələrdən zəhərlənməsi бу сащядя мцяййян бошлугларын олдуьуну цзя чыхарды. Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidmətinin “Cəngi” pestisidlər poliqonunun baş kimyaçı mütəxəssisi Xaqani Məmmədov bununla bağlı “Həftə içi”nə müsahibə verib.

- 1970-1980-ci illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı yüksək həddə çatmışdır. Demək olar ki, MDB dövlətlərinin əksər mərkəzi şəhərlərini respublikamız tərəvəz məhsulları ilə təmin edərdi. O заманлар Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev kənd təsərrüfatı sahəsinə böyük diqqət yetirərdi. Bu səbəbdən də Azərbaycan bu sahədə iri addımlarını atırdı. Artıq pambıqçılığın istehsalı 1 milyon və üzümçülüyün istehsalı isə 2 milyon tona çatmışdı. Eləcə də tərəvəz məhsulları sahəsində də ölkəmiz böyük uğurlar əldə etmişdi. Юlkədə bu sahə ilə məşğul olan mütəxəssis ordusu yetişdirilmişdir. Həmin mütəxəssislər zəhərli kimyəvi maddələrin işlənmə, дaşınma və təhlükəsiz yerlərdə saxlanma qaydalarını çox gözəl bilirdilər. Onlar da kənd təsərrüfatı sahəsində çalışan işçilər, fəhlələr arasında pestisidlərlə işlənmə qaydaları barəsində söhbətlər, maariflənmə işləri aparırdılar. Hətta uшaqlarla zəhərli maddələri maye halında pambıq sahələrinə səpələyirdilər.
- Bəs pestisidlərdən istifadə qaydaları necə olmalıdır? Ölkəmizdə bu sahə ilə məşğul olan mütəxəssislər varmı?
- Sovet dönəmində işçilər zəhərli kimyəvi preparatlarla işlədiyi zaman, lazım olan qoruyucu geyimlər, eynəklər və xüsusi ayaqqabılar ilə təchiz olunması yüksək səviyyədə idi. İndi isə kolxoz və sovxozlar ləğv edilib, torpaq sahələri özəlləşdirilib, xüsusi sahibkarlıq, fermer тясяррцфатлары yaradılıb. Hər bir fermer və sahibkar təsərrüfatынa özц rəhbərlik edir. Bu səbəbdən də texniki təhlükəsizliyə əməl olunmur. Аrtıq SSRİ dövründə formalaşmış mütəxəssislər qalmayıb. Xüsusilə də entomologiya- bitki mühafizəsi ilə məşğul olan mütəxəssislər sıradan çıxıb. Buna görə də kənd təsərrüfatına rəhbərlik edən fermer və fiziki şəxslər öz primitiv aqronomik bilgiləri ilə pestisidlərin istidadəsini, daşınmasını və saxlanmasını təşkil edirlər. Bu isə kütləvi zəhərlənmələrin baş verməsinə səbəb olur. Аrtıq zaman dəyişib, ölkə başçısı respublika əhalisini ərzaqla təmin etmək və heç bir dövlətdən asılılığın olmaması üçün bu sahəyə çox ciddi fikir verir. Bu səbəbdən də ölkədə kənd təsərrüfatı çox sürətlə inkişaf etməkdədir. Ona görə də bu gün yüksək bilik və təcrübəyə malik peşəkar mütəxəssislərə ciddi ehtiyac duyulur. Kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığınn əldə edilməsi üçün lazım olan zəhərli kimyəvi maddələrdən istifadə qaydalarını mükəmməl bilən mütəxəssislərin hazırlanması üçün ciddi addımlar atılmalıdır. Пestisidlərdən istifadə qaydalarını bilən yerli mütəxəssislər hazırlanmalı və xarici ölkələrdən gələn mütəxəssislərə ehtiyac qalmamalıdır. Xarici mütəxəssislərə verilən milyonlar isə ölkəmizə sərf olunmalıdır. Mütəxəssislər də fermer, sahibkar və fiziki şəxslərlə müqavilə bağlamalıdır. Hər bir fermer mütəxəssisin bilik və bacarığına inanmalı və kənd təsərrüfatında bütün proseslər də mütəxəssislərin rəhbərliyi altında aparılmalıdır. Eləcə də həmin mütəxəssislər görülən işlərə cavabdeh olmalıdır.
- Bəs ölkəmizdə işlənilən pestisidlər barədə nə deyə bilərsiniz?
- Əvvəla, qeyd edim ki, xarici ölkələrdən Azərbaycana gətirilən pestisidlər xüsusi qaydalarla tənzimlənir. Lisenziyası olmayan və ölkəmizə xüsusi yollarla pestisidlərin gətirilməsi qəti qadağandır. Ümumiyyətlə, dolayı yollarla ölkəmizə gətirilən zəhərli kimyəvi maddələrin istifadəsinə nəzarət etmək mümkün olmadığından, zəhərlənmə halları baş verir. Бu səbəbdən də həmin maddələrin tərkibinin müəyyənləşdirilməsi və hansı mənbələrdən gətirilməsi çətinləşir. Eləcə də pestisidlərin istifadə müddətinə fikir vermək lazımdır. İstifadə müddəti keçmiş dərmanlardan istifadə etmək qəti qadağandır. Onlar bu sahəni bilən mütəxəssislərin nəzarəti altında toplanaraq, xüsusi maşınlarla gətirilib, “Cəngi” Pestisidlər Poliqonuna təhvil verilməlidir. Bir daha qeyd edirəm ki, zəhərli kimyəvi maddələrlə işlənmə qaydalarını bilmədən və xüsusi geyimdən istifadə etmədən və mütəxəssislərin nəzarəti olmadan ondan istifadə etmək olmaz. Eləcə də istifadə olunan pestisidlərin tərkibi haqqında kənd təsərrüfatı sahəsində işləyən şəxslər tam məlumatlandırılmalıdır. Bu qaydalara əməl etməyən şəxslərin bu sahədə işləməsi qəti qadağandır. Əgər qaydalara əməl olunmasa, bir-birinin ardınca baş verən faciələrin sonu bilinməyəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018