Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar" - Uğur Artantaş
Tarix: 03.07.2018 | Saat: 15:37:00
Bölmə:Siyasət | çapa göndər

Türkiyənin İğdır vilayətindən olan gənc iş adamı, Sənaye və Ticarət Odası İdarəetmə Şurasının üzvü Uğur Artantaş Beynəlxalq Qondarma Erməni Soyqırımı ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəylə görüşdə vilayətin iqtisadi-sosial inkişafını müzakirə edib.

Hafta.az yazır ki, iş adamı İğdırın üç ölkə - İran, Azərbaycan və Ermənistanla həmsərhəd olmasına baxmayaraq, hələ də iğdırlı gənclərin iş tapmaq ümidi ilə başqa yerlərə üz tutduğunu deyib. "Azərbaycan və İranın neft-qaz ölkələri olmasına baxmayaraq şəhərimizə iqtisadi təsiri çox zəifdir. Ermənistanla isə sərhədlərimiz uzun müddətdir qapalıdır. Ermənilər hər fürsətdə ölkəmizə qarşı təxribat edir, böhtan və şər yağdırır. Üstəlik, bununla da kifayətlənməyərək qardaş ölkə Azərbaycanın torpaqlarını işğal ediblər. Buna görə də sərhədlərin qapalı olması lazımdır" deyən U.Artantaş əlavə edib ki, seçim ermənilərindir, sərhədlərin açılmasını istəyirlərsə, böhtan və iftiralara son qoymalı, işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar. 

Görüşün sonunda ASİMDER sədri G.Gülbəy iş adamı U.Artantaşa Türkiyə və Azərbaycan masa bayraqlarını hədiyyə edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA