Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Amerikaya uçuşlarda tozvari maddələrin daşınmasına qadağa qoyuldu – AZAL-dan xəbərdarlıq
Tarix: 04.07.2018 | Saat: 15:39:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından bütün uçuşlarda sərnişinlərin əl yükündə 350 ml-dən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur.


Bu barədə hafta.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir. Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir.


350 ml-dən çox həcmli dərmanlar (tozlar) və uşaq qidası hava gəmisinin salonunda yalnız bağlı şəkildə daşına bilər. Hava limanlarının rüsumsuz zonalarında (Duty Free) alınan məhsullar bağlı şəkildə və alışı təsdiq edən qəbzin mövcud olması şərtilə daşınmaya qəbul edilir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Nyu-York-Bakı istiqaməti üzrə müntəzəm birbaşa reyslər həyata keçirilir. AZAL J2-101/J2-102 reysi həftədə iki dəfə – bazar ertəsi və şənbə günləri Boeing 787 Dreamliner hava gəmisi ilə həyata keçirilir.
Qadağa edilmiş maddələrin əl yükündə daşınması məsələsinə Bakı və Nyu-York hava limanlarında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət ediləcək. "Azərbaycan Hava Yolları" aviaşirkəti sərnişinlərdən baqajın daşınmasına dair yeni qaydaları nəzərə almağı xahiş edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018