Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İnanıram ki, Türk Akademiyası türk xalqları arasında qardaşlıq körpüsü olaraq qalacaq" - Prezident
Tarix: 05.07.2018 | Saat: 17:20:00
Bölmə:Mədəniyyət | çapa göndər

Qırğızıstan prezidenti Soronbay Ceenbekov Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəlini qəbul edib. Prezident S.Ceenbekov TWESCO-nun apardığı genişmiqyaslı tədqiqatlar, keçirdiyi konfrans və simpozumları diqqətlə izlədiyini qeyd edib və bildirib ki, türkdilli xalqların irsi, yaradıcılığı və mədəniyyətinin, ədəbiyyatının qorunması çox böyük əhəmiyyət daşıyır. TWESCO bu yöndə genişmiqyaslı layihələr həyata keçirməklə, həm də bu irsi yaşatmış və qorumuş olur. Bu irsin içərisində həm də qırğız xalqının mədəni və tarixi abidələri qorunur.

Hafta.az yazır ki, Qırğızıstan prezidenti, eyni zamanda, D.Kıdırəlinin türk xalqlarının qədim tarixi haqqında yazdığı dəyərli məqalələrdən də söz açaraq, "Manas” eposuna və Çingiz Aytmatovun yaradıcılığına ayrılan diqqətdən məmnun qaldığını bildirib. O qeyd edib ki, qədim irsə olan münasibət türk xalqlarını daha da yaxınlaşdırır və onların inteqrasiyasına yol açır. Prezident Beynəlxalq Türk Akademiyasını tərəfindən ötən iki il ərzində qırğız xalqının ədəbiyyatı, folkloru, ənənələri barədə dərc edilən 20-dən artıq əsəri də türk dünyasına böyük töfhə hesab etdiyini deyib. "İnanıram ki, rəhbərlik etdiyiniz Türk Akademiyası türk xalqları arasında dostluq və qardaşlıq körpüsü olmaqda davam edəcək və əlaqələrimizi genişləndirəcək”, - deyə S.Ceenbekov qeyd edib.

TWESCO prezidenti D.Kıdırəli Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi layihələr haqqında məlumat verərək bildirib ki, Parisdə UNESCO-nun Baş Qərargahında, Astana, Bişkek və Daşkənd şəhərlərində Çingiz Aytmatovun 90 illik yubileyi və qırğız ədəbiyyatının şah əsəri olan "Manas” dastanın təqdimatları keçirilib. "Elmin sərhəddi olmur”- deyən D.Kıdırəli vurğulayıb ki, Beynəlxalq Türk Akademiyası dünyanın bir çox ölkələrində tanınmış beynəlxalq təşkilatlarla birlikdə türk dünyasının təbliği üçün əlndən gələni edir. Akademiya rəhbəri qəbul üçün Qırğızıstan prezidentinə təşəkkürünü çatdırıb.

Görüşdə Qırğızıstan prezidentinə ərəb əlifbası ilə yazılan qədim "Manas” dastanının əlyazması və Altay dağlarının 3000 metr hündürlüyündən tapılmış "Kıl Kıyık” – "Qıl Kaman” hədiyyə edilib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının ortaq qərarı ilə yaradılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018