Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxtda fəaliyyət göstərən xəstəxanalara generatorlar quraşdırılır - REPORTAJ
Tarix: 06.07.2018 | Saat: 14:56:00
Bölmə:Reportaj Sosial | çapa göndər

Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə Azərbaycan Respublikasının Prezident İlham Əliyev strateji əhəmiyyətli obyektlərdə generatorların quraşdırılması ilə bağlı ciddi tapşırıqlar verdi:

"Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Metropolitendə generatorların olmaması çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər". Müşavirədə səhiyyə naziri Oqtay Şirəliyevin məruzəsindən sonra Prezident bəzi xəstəxanalarda generatorların olmaması, bəzilərində isə sistemə qoşulmaması və ya işləməməsi ilə bağlı xəbərdarlıq etdi. 

Biz də paytaxtın bəzi xəstəxanalarına baş çəkərək mövcud vəziyyəti yerində araşdırmağa çalışdıq.

Əvvəlcə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 2 saylı Doğum Evində olduq. İlk öncə ətraf ərazilərdə yaşayan sakinlərlə söhbətləşdik. Raquf adlı sakin əvvəllər doğum evində işlədiyini söylədi:

«İşıq keçmişdi. Evimiz Doğum Evinə çox yaxındır. Doğum evinin qarşısından keçəndə gözətçi ilə görüşdüm. Dedi ki, Doğum Evində işıq yoxdur. Hadisə ilə bağlı baş həkim gəlib”.Adıçəkilən Doğum Evinin mətbuat işləri üzrə əlaqələndiricisi Vəfa Nəsirova ilə də görüşdük. Vəfa Nəsirova “Həftə içi”nə bildirdi ki, Doğum Evində iki generator qoyulub: «Biri lap böyükdür, xəstəxananın həyətində quraşdırılıb. Doğum Evinin binasını bütövlükdə işıqla təmin edir. O biri isə kiçik generatordur, ehtiyyat halında saxlanılır. Işıq keçən günü baş həkim özü gəlmişdi və generator işə salınaraq doğum evinin bütün korpusları, otaqları işıqla təmin edildi». Daha sonra generatorun olduğu əraziyə də baş çəkdik. İki nəfər generatorun yerin nizamlayırdı. Onlara yaxınlaşıb generatorun hansı gücə malik olduğunu soruşduq. Fəhlələrdən biri 125kv gücə malik olduğunu dedi. 

Sonra 3 saylı Şəhər Kliniki Xəstəxanasına üz tutduq. Baş həkimin kadrlar üzrə müavini Təranə Baxşıyeva suallarımızı cavablandıraraq bildirdi ki, xəstəxananın 4 ədəd generatoru fəaliyyət göstərir: Məsələ ilə bağlı iyulun 4-də səhiyyə naziri şəxsən özü xəstəxanamızda olub. İşıqlar sönəndə xəstəxanada fəaliyyət göstərən 29 şöbənin hamısına generatorların gücü ilə işıq verildi”.

Baş həkimin müavininin kabinetindən çıxıb xəstəxananın həyətinə üz tutduq. Dialez şöbəsi yerləşən korpusin yaxınlığında 4 ədəd sarı rəngli generatorun yanında ustalar işləyirdi. Generatorları quraşdırmaq və üstünü örtmək üçün orada qaynaq işləri aparırdılar. Binadan gələn ucu açıq elektrik kabellərindən və ustaların işlərindən belə qənaətə gəlmək olardı ki, generatorlar təzə gətirilərək quraşdırılır. Bizim fikrimizi xəstələr də təsdiq etdi.

Teymur adlı xəstə Dialez şöbəsinə gəlib müalicə aldığını dedi. Onun sözlərinə görə xəstəxanada 2 gün işıq və su olmadığından həmin gün müalicəsi yarımçıq qalıb: ”Generatorları isə indi gətirib quraşdırırlar”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018