Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “cəriməkəsəni” - HƏFTƏ REYTİNQ
Tarix: 06.07.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi davam etdi. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Aslan İsmayılov Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə 1500 manat cərimə olunub, 147.2- ci maddəsi üzrə ona bəraət verilib. Həmçinin məhkəmə A. İsmayılov barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. H. Hacıyev A.İsmayılovun onun şərəf və ləyaqətini alçaltdığını iddia edərək, buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (Təhqir) və 148-ci (Böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da qarşılıqlı olaraq H. Hacıyevi məhkəməyə verib.


Həftənin “Azərbaycansevəri”


“Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmalıdır”. Bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko öz “You Tube” səhifəsində paylaşdı.“Aleksandr Duqin bir müddət əvvəl məni Azərbaycana və Fizuli rayonuna getməyə dəvət etdi. Erməni oxucular məni qınıyaraq deyirlər ki, guya mən satılmışam, Abşeron manqurtuyam, Bakıdan pul almışam. Sizi əmin edirəm ki, heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər, o zaman heç vaxt oraya getməzdim. Əlbəttə, azərbaycanlılar mənim üçün kifayət qədər komfortlu səfər təşkil etdilər... Təsəvvür edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir. Axı Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Cəbrayıl və Qubadlı rayonları da mövcuddur. Bu ərazilər Azərbaycana məxsusdur və erməni hərbi birləşmələri tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 90-cı illərdə işğal edilib. Ermənilərdən kimsə deyə bilərmi ki, bu, belə deyil? Onlardan kimsə bunun Ermənistan ərazisi olduğunu deyə bilər? Erməni qoşunları bu ərazilərdən çıxarılmalı və təcili olaraq milyonlarla azərbaycanlı qaçqın geri qaytarılmalıdır...”, – deyə o bildirib.


Həftənin “azərbaycanlı mason yığıncağı”


Dünyanın bir çox ölkələrindən masonların Bakıya toplaşması haqda xəbərlər yayıldı. Məqsəd yerli mason təşkilatının - Azərbaycan Böyük Milli Lojasının Onuncu Assambleyasında iştirak etmək olub. Assambleya paytaxtın beşulduzlu otellərinin birində keçirilib. Bu mason lojasının 10 il əvvəl Rusiya Böyük Lojası tərəfindən yaradıldığı, Azərbaycanın bir sıra nüfuzlu şəxslərinin, iri biznesmenlərinin və o cümlədən yüksək vəzifəli məmurlarının orada təmsil olunduğu bildirilir. Lakin Bakıdakı mason sammiti ətrafında müəmmalı hadisələr baş verməkdədir. Belə ki, sammitə qatılmaq üçün gələn Rusiya masonlarının nümayəndə heyəti bu yubiley mərasimində nəyə görəsə iştirak etməyiblər. Belə ki, Rusiya Böyük Lojasının Böyük magistri, prezidentliyə eks-namizəd, politoloq Andrey Boqdanov assambleyanın keçirildiyi saatlarında Bakı bulvarında gəzərkən görünüb. Vesti.az Boqdanovla əlaqə saxlayıb, amma o situasiyanı şərh etmək istəməyib. Məlumata görə, Azərbaycan Böyük Milli Lojasının bütün rəhbərliyi ABŞ vətəndaşlığı daşıyan iranlılardan və türklərdən ibarətdir. 10 ildir yaradılsa da bu loja Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Mason ənənələrinə və qanunlarına görə, Böyük Loja ancaq o ölkədə yaradılır və fəaliyyət göstərir ki, həmin ölkənin hakimiyyəti buna icazə versin. Məhz bu səbəbdən İngiltərə Böyük Lojası indiyə qədər Azərbaycan Böyük Milli Lojasını tanımır.


Həftənin “Şərəf”lisi


Prezident İlham Əliyev Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. AzərTAC-ın məlumatına görə, sərəncamla Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Şərəf” ordeni ilə təltif edilib. Xatırladaq ki, Tamara Sinyavskaya dünya şöhrətli opera və estrada müğənnisi, Azərbaycan və keçmiş SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı olub.


Həftənin “məşhur Bakı qonağı”


Dünyaşöhrətli amerikalı boksçu Mayk Taysonun Azərbaycana gələcəyi bəlli oldu. Bu barədə mediaya “Qadzilla” şirkətinin rəhbərinin köməkçisi Vüqar Həsənov məlumat verib:"Biz dünyaca məşhur idman simalarını Azərbaycana gətirəcəyik. Məqsədimiz tanınmış idman simalarını ölkəyə gətirməklə yanaşı, Azərbaycanı da dünyaya daha da tanıtmaqdır. Tayson istənilən bir ölkəyə getsə, kimliyindən və peşəsindən asılı olmayaraq hər kəs onunla görüşüb, ən azı şəkil çəkdirmək istəyəcək. Biz də şirkət olaraq belə məşhur simaları Bakıya gətirərək onlarla fanatlarını görüşdürməyə çalışacağıq... Əminliklə deyə bilərəm ki, Mayk Taysonu görmək üçün qonşu ölkələrdən də gələnlərin sayı az olmayacaq”. Şirkət təmsilçisi bildirib ki, tədbirdə tək boksçular yox, istənilən idman növü ilə məşğul olan idmançılar da iştirak edə biləcəklər:”Boksu sevən, ona marağı olan hər kəs seminara gələ biləcək. Seminar bilet ilə olacaq. Bir sözlə, bilet alan hər kəs iştirak edə bilər. Tədbir iki gün davam edəcək. Birinci gün Tayson seminar keçirəcək. İkinci gün isə boksçu azarkeşləri ilə görüşəcək və imza günü keçiriləcək”. Onun dediyinə görə, Taysonun Bakıya gəlişi noyabr ayının əvvəllərinə planlaşdırılır.


Həftənin “qaçqını”


“Həbs edilmə ehtimalının qaçılmaz olduğunu hiss edən Robert Köçəryan ədalətdən gizlənərək ehtimal olunan cinayət təqibindən çəkinərək Ermənistandan qaçdı”. Bu sözləri mediaya açıqlamasında erməni politoloq Sərkis Artsruni dedi. ”1 mart işi” (1 mart 2008 qətliamı) demək olar ki, Robert Köçəryanın izlərinə çatıb. Ermənistanın ikinci prezidenti həbs olunmağın bir addımlığındadır. Buna baxmayaraq, o, ictimaiyyətdən gizlənməyə və ölkədən qaçmağa davam edir. Robert Köçəryan on minlərlə günahsız etirazçıya atəş açılmasını əmr edib və heç bir istintaq orqanı, hətta ən humanist olanının belə qarşısında qanun çərçivəsində hərəkət etdiyini əsaslandıra bilməz. Köçəryan çirkin bir cinayət törədib, buna görə də ilk dindirilmədən sonra onun həbsini proqnozlaşdırmaq olar, çünki heç bir yolla cinayətin izlərini gizlətmək olmaz. Ermənistanın tarixində ilk dəfə olaraq, hüquq-mühafizə orqanları hakimiyyətin sifarişi ilə deyil, təkzibedilməz faktların təzyiqi ilə hərəkət edirlər”, - politoloq bildirib.


Həftənin “arvadsevəni”


Müğənni Alişan xanımı Buse Varolla yeni fotosunu paylaşdı. İfaçının şəkli altına yazılan bir şərh onu bərk əsəbiləşdirib. İzləyicilərdən biri fotonun altına belə yazıb:"Burada yeni evləniblər. Nə tez hamilə oldu. Açıq deyin ki, bu iş daha əvvəl olub. Milləti niyə axmaq yerinə qoyublar, bilmirlər ki, axmaq özləridir". Şərhi görən Alişan hislərinə hakim ola bilməyib. O, həmin sosial şəbəkə istifadəçisini məhkəməyə verəcəyini qeyd edib: “Arvadım 7 həftəlik hamilədir. Biz isə 8 həftədir evliyik. Cinsiyyət isə 3 ayında bilinir. Bunu da öyrən, araşdır. Bir də bu söylədiklərini məhkəmədə də deyərsən...”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.10.2018