Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlı şair facebook-da canlı yayımda damarlarını doğrayıb - VİDEO-YENİLƏNİB
Tarix: 07.07.2018 | Saat: 18:30:00
Bölmə:Hadisə Video | çapa göndər

“Ölüm çox şeyi dəyişir, dostlar....”

Yazıçı Cəlil Cavanşir Facebook üzərindən həyata keçirdiyi canlı yayım zamanı intihara cəhd edib. Musavat.com xəbər verir ki, C.Cavanşir yaşamaqdan yorulduğunu və həyatdakı bir çox şeylərlə barışmadığını deyərək, qollarını kəsici alətlə cızmağa başlayıb. Qolları və əlləri qanlı vəziyyətdə canlı yayımı davam edən yazar “ölüm çox şeyi dəyişir, dostlar” deyərək, öz intihar aktını əsaslandırmağa çalışıb. 

Canlı yayımı izləyən yüzlərlə insan isə C.Cavanşiri bu addımdan çəkinməyə və övladlarını, ailəsini düşünməyə çağırıb. Təcili Yardım və polisə müraciət etmək üçün səfərbər olan dostlarına isə yazıçının bir cavabı olub: “Mənim harda olduğumu siz bilmirsiz”. 

Musavat.com xəbər verir ki, bu dəqiqələrdə dostları onun harda olduğunu dəqiqləşdirib və yardım üçün yola düşüblər. Dostları onun damarlarını kəsməsə belə, qan itkisindən dünyasını dəyişə biləcəyindən ehtiyatlanır. O isə canlı yayıma rəy yazan dostlarının onu fikrindən daşındırmasına əhəmiyyət vermir və yardım istəklərini geri çevirir. 
Mövzunu davam edəcəyik.

Hafta.az musavat.com-a istinadən xəbər verir ki, yazar 2 saat öncə aşağıdakı statusu paylaşıb: "Geri sayım başladı. Son 3 gün! Bu günləri sonuna qədər gözəl yaşamalı. Hər şeyə rəğmən çox gözəl bir həyat yaşamışam. Və mükafatımı 3 gün sonra alacağam :)"

***

Azərbaycanlı şair Cəlil Cavanşir facebookda canlı yayımda intihara cəhd edib.

Hafta.az xəbər verir ki, o, damarlarını kəsib.

Cəlil Cavanşirin intihara cəhd etməsinin səbəbləri bilinmir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018