Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda Ümumdünya Konfransı keçiriləcək
Tarix: 09.07.2018 | Saat: 14:19:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan mədəniyyətinin ayrılmaz qolu olan musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Hafta.az-ın məlumatına görə, musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf edib, təkmilləşib və zənginləşib.

Klassik Azərbaycan musiqi sənətinin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi şəxsiyyətlər uzun illər sahənin inkişafı üçün dəyərli töhfələrini veriblər.

Ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı (2008), Azərbaycan aşıq sənəti (2009), Tar və onun ifaçılıq sənəti (2012) YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan musiqi sənətinin dünya musiqi arenasına inteqrasiyasının təmin edilməsi məqsədilə bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən ölkəmizdə hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlər keçirilir. Göstərilənlərdən əlavə Bakıda təşkil edilmiş “Eurovision 2012” mahnı müsabiqəsi beynəlxalq musiqi auditoriyasının ölkəmizə marağının daha da artmasına səbəb olub.

Son illər ərzində təşkil olunan mötəbər tədbirlər dünya musiqi ictimaiyyətinin diqqətindən kənarda qalmayıb və növbəti beynəlxalq tədbirin - Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti (İnternational Society for Music Education – ISME) tərəfindən təşkilatın 33-cü Ümumdünya Konfransının 15-20 iyul 2018-ci il tarixində Bakı şəhərində keçirilməsi qərara alınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018