Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Türkiyədə qatar qəzaları - cəmi 400 ölü
Tarix: 09.07.2018 | Saat: 15:16:00
Bölmə:Maraqlı | çapa göndər

Qardaş Türkiyənin ucqar qərbində baş verən məlum qatar qəzası hər birimizi sarsıdıb. Ona görə ki, son məlumata əsasən, 338 yolçu yaralanıb və ən acısı odur ki, 24 sərnişin də həlak olub.

Qeyd edək ki, Uzunköprü-Halkalı arasında 6 vaqondan ibarət qatarın qəzaya uğraması nəticəsində 5 vaqon relsdən çıxaraq aşıb. Hərəkət zamanı qatarda ümumilikdə 362 yolçu və 6 ekipaj üzvü – cəmi 368 nəfər olub. Həlak olan və yaralanan sərnişinlərin ümumi sayına nəzər salsaq məlum olar ki, cəmi 6 sərnişin xəsarət almayıb. Deməli, həm qatar hərəkətdəykən çox sürətliymiş, həm də relslər istifadəyə həddindən artıq yararsız olub.

Təbii, dəmir yolunun vəziyyətini analiz etmək istəmirəm və yəqin ki, çatışmazlıqları hökumət özü yoluna qoyacaq. Çünki bu gün müxaliflər mediada və sosial şəbəkələrdə yenidən iqtidarın ünvanına hücuma keçərək, dəmir yol qəzasından şantaj məqsədilə istifadə edirlər. Amma bu da bir həqiqətdir ki, qatar qəzaları dünyada geniş yayılıb. Özü də Hindistanda, Çində adi hal alan bu qəzalara Avropanın ən yüksək inkişaf etmiş ölkələrində də tez-tez təsadüf edilir. O cümlədən, Türkiyədə də qatar qəzaları çox olub. İndi də gəlin, II Dünya müharibəsindən üzübəri Türkiyədə yaşanmış qatar qəzalarından bəziləri ilə tanış olaq.

Məlumat üçün bildirim ki, 1945-ci ildən indiyədək keçən 73 il ərzində Türkiyədə baş verən qatar qəzalarında 400-dən çox insan həlak olub.

1945-ci il oktyabrın 7-də Ərzincandan Bağıştan istiqamətində əks istiqamətlərdə hərəkət edən iki qatar toqquşub. Nəticədə 40 sərnişin həlak olub, bir o qədər də insan yaralanıb.

1948-ci il oktyabrın 9-da Ankarada sərnişin qatarı relsdən çıxaraq aşıb. Hadisə zamanı 38 yolçu həlak olub, 103 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

1952-ci il mayın 17-də Niğdənin Ulukışla məntəqəsində vaqonların relsdən çıxması nəticəsində 31 sənişin həyatla vidalaşıb, 15 nəfər isə yaralanıb.

1957-ci il oktyabrın 20-də İstanbulun Yarımburgaz rayonunda iki sərnişin qatarı toqquşub. Nəticədə 95 nəfər həlak olub, 150 sərnişin isə yaralanıb.

1961-ci il aprelin 30-da İstanbulun Qartal bölgəsində - Cevizli məntəqəsində iki sərnişin qatarı toqquşub. Hadisə zamanı 15 nəfər ölüb, 70 sərnişin isə yaralanıb.

1972-ci il oktyabrın 31-də Konyadan İstanbula doğru hərəkət edən sərnişin qatarı Əskişəhrdə yük qatarı ilə toqquşub. Qəza zamanı 38 sərnişin yaşamını itirib, 45-i ağır olmaqla 90 nəfər isə yaralanıb.

1979-cu il yanvarın 5-də Ankaranın Əsənkənt bölgəsində (Sincan) Anadolu ekspresi Boğaziçi ekspresi ilə toqquşub. Nəticədə 20 sərnişin ölüb, 136 nəfər isə yaralanıb.

1979-cu il yanvarın 9-da Ankaranın Behiçbəy səmtində iki Qatar üz-üzə gələrək, toqquşub. Hadisədə 32 nəfər ölüb, 81 sərnişin isə yaralanıb.

1980-ci il mayın 3-də İzmitdə 2 sərnişin qatarı toqquşub. Nəticədə 17 sərnişin həlak olub, 25 nəfər isə yaralanıb.

1980-ci il iyunun 7-də Kayseridə yük qatarı ilə Van gölü ekspresinin çarpışması nəticəsində 25 nəfər həlak olub.

2004-cü il iyulun 22-də İstanbul - Ankara istiqamətində hərəkət edən Yaqup Kadri Qaraosmanoğlu adlı sürət qatarı, Sakaryanın Pamukova rayonu yaxınlığındakı Mekəcə kəndində relsdən çıxaraq aşıb. Qəza zamanı 36 sərnişin həlak olub, 74 nəfər isə yaralanıb.

2004-cü il avqustun 11-də İstanbuldan Adapazarı istiqamətinə hərəkət edən Adapazarı ekspresi və Ankaradan İstanbula doğru irəliləyən Paytaxt ekspresi Kocaelinin Gebzə rayonunun Dovşancıl ərazisində baş-başa gələrək toqquşub. Qəza zamanı 8 sərnişin həlak olub, 88 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2008-ci il yanvarın 27-də İstanbuldan Dənizli istiqamətində hərəkət edən Pamukkalə ekspresi Çöyürlər və Dəyirmanözü (Kütahya) stansiyaları arasında relsdən çıxıb. Qəza zamanı 9 nəfər yaşamını itirib, 37 sərnişin isə yaralanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018