Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Keçmiş Respublika Narkoloji Mərkəzin ətrafındakı evlər söküləcək - REPORTAJ
Tarix: 10.07.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Bu ilin fevralında Xətai rayonu, Zığ şosesi - 13 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzində yanğın oldu. Üstündən 5 aydan çox vaxt keçsə də, hələ də adıçəkilən səhiyyə müəssisəsinin yanan binasının yerləşdiyi ərazinin gələcək taleyi bəlli deyil. Həmin ünvanda olduq.

Mərkəzin çöl darvazası və qapısı bağlı idi. Qapını döydük. Polis mühafizəçisi dedi ki, Mərkəz yanğın baş verən gündən işləmir, necə var, elə də qalıb. Xəstələr isə Maştağa qəsəbəsndəki xəstəxanaya köçürülüb. Polis əməkdaşı olaraq, bizim vəzifəmiz Onkoloji Mərkəzin binasını mühafizə etməkdir və biz üzərimizə düşən vəzifəni icra etməyə çalışırıq.
Keçmiş Narkoloji Mərkəz yerləşən ünvan böyük bir qəsəbəni əhatə edir. Qəsəbənin yolları bərbad vəziyyətdədir. Elə girəcəyindən hiss olunur ki, küçələri baxımsız qalıb. Neçə illərdir, sökülmüş binaların yeri xarabalığı xatırladırdı.
Gülşən və Aytən adlı sakinlər “Həftə içi”nə şikayətləndilər ki, Zığ şosesi, Oksgen küçəsi - 5/2 saylı ünvanda fərdi yaşayış evlərində qalırlar. Sakinlərin dediklərinə görə, evləri birbaşa yola açılır: “Yollarımız bərbad vəziyyətdədir. Asfalt örtüyü sökülərək, iri və dərin çalalar əmələ gəlib, təmir edən yoxdur. Əvvəllər bu sökülmüş böyük ərazidə zavodun binaları olub. 17 ildir binalar və ətrafda qanunsuz tikilmiş fərdi yaşayış evləri sökülüb. Bütün tullantılar həmin sökülmüş əraziyə atılır. Çox təhlükəli vəziyyət yaranıb. Həmin sökülmüş ərazi ilanların yuvasına çevrilib. Evlərimizdə siçan və siçovulların əlindən tərpənə bilmirik. Adam hər cür infeksion xəstəliyə, virusa tutula bilər. Gəlib maraqlanan da yoxdur».
Sakinlər dedilər ki, qəsəbədə 2 000 mindən çox fərdi yaşayış evi var. Onların sözlərinə görə, burada əvvələr pivə zavodu vardı. Çoxdandır, zavod fəaliyyətin dayandırıb. Ərazidən, gəmilər olan yerdən lax yumurta iyi gəlir. Qazın iyindən evdə otura bilmirik. Görünür, haradansa qaz sızır.
Sakinlər şikayətləndilər ki, yaşadıqları ünvanda məktəb, xəstəxana, uşaq bağçası, aptek belə fəaliyyət göstərmir: “Qəsəbəmiz aralıda yerləşdiyinə görə, uşaqlarımızı ətraf qəsəbələrdə fəaliyyət göstərən məktəblərə çox çətinliklə aparıb-gətiririk. Elə valideyn var ki, məcbur olub uşaqlarını “Nərimanov”a aparır».

Aytəkin xanım söyləyir ki, uşaqlarını Xətai rayonunun mərkəzində yerləşən 59 saylı məktəbə aparır. Yaşadığımız küçə ilə məktəbin arası çox uzaqdır. Əvvəla, keçid olmadığından, Zığ şose yolunu qorxa-qorxa, çox çətinliklə avtobus dayanacağına keçib gedirik. Hər gün şəhərə gedən marşruta minib, 5 dayanacaqdan sonra düşüb, uşaqlarımı adıçəkilən məktəbə aparıram, eləcə də gətirirəm. Bu da külli miqdarda vəsait tələb edir. Biz də imkansız adamlarıq. Yağışlı, qarlı və çovğunlu günlərdə uşaqlarımız məktəbə gedəndə çox çətinlik çəkirlər. Yolun uzaqlığı və şəraitlə əlaqədar olaraq, hətta məktəbə gecikirlər də. Keçid olmadığından, hər an uşaqlarımızı, eləcə də sakinləri maşın vura bilər. Uşaqların oynaması üçün boş ərazi yoxdur. Məktəbdən gəlib birbaşa evə girirlər. Yayın bu anomal istisində daldalanmağa bir kölgəlik, ağac da yoxdur. Yaxşı olardı ki, sökülmüş, uçuq binalar olan ərazi təmizlənərdi, heç olmasa, yerində uşaqların oynaması üçün bir idman meydançası tikilərdi, sakinlərin asudə vaxtlarında dincəlməsi üçün kiçik bir park salardılar”.
Sakinlər söylədilər ki, əksər fərdi yaşayış evlərinə su sayğacları quraşdırılmayıb. Sayğacı olmayan sakinlər içməli sudan necə gəldi istifadə edir, yəni israfçılığa yol verdiklərinə görə, qəsəbədə su qıtlığı yaranıb. Evlərimizə su çox aşağı, yəni zəif təzyiqlə verilir. Yaxşı olardı ki, Xətai Rayon Sukanal İdarəsi bütün evlərə sayğac qoyardı və bu su qıtlığının da yaranma səbəbinin qarşısı birdəfəlik alınaydı”.

Sakinlərin əsas problemlərindən biri də kanalizasiya şəbəkəsinin köhnə olmasıdır: “Kanalizasiya xətləri artıq istismar müddətini çoxdan başa vurub. Bu səbəbdən də kanalizasiya lükləri tez-tez tutularaq daşır. Axan çirkab sular isə küçəmizi cənginə alır. İki ilə yaxındır, deyirlər ki, yaşadığımız ərazi söküləcək. Hətta Mənzil-Kommunal İstismar Sahəsindən və aidiyyətu qurumlardan nümayəndələr gəlib, yaşadığımız evlərin kvadratına kimi ölçüb-biçdilər, bizi qeydiyyata alıb getdilər. Dedilər ki, yaşadığınız ərazi söküləcək və kvadratına görə sakinlərə pul veriləcək. Nə evlər sökülür, nə də yollarımız təmir olunur, biz sakinlərin yaşaması üçün normal şərait yaradılmır”.
Sakinlərin dediklərinə və gördüklərimizə bir daha aydınlıq gətirmək üçün əraziyə nəzarət edən Xətai Rayon MKTB 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etdik. Sözügedən MKİS-dən bildirdilər ki, həmin ərazi söküləcək: “MKİS üzərinə düşən vəzifəni yerinə yetirib. Sakinlər qeydiyyata götürülüb və fərdi yaşayış evləri kvadratmetrinə kimi ölçülərək qeyd olunub. Amma sakinlərə nə vaxt kompensasiya veriləcək və evlər nə vaxt söküləcək, bizdə dəqiq məlumat yoxdur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.10.2018