Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paşinyanın oğlunun hərbi xidməti keçməsi ilə bağlı kampaniya şouya çevrilib - Hikmət Hacıyev
Tarix: 11.07.2018 | Saat: 11:22:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniya göstərir ki, bu, bir siyasi şouya çevrilib.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

H.Hacıyev deyib ki, bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır:

"Paşinyan hökumətinin 100 günü yaxınlaşır. Hökumət bu 100 gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atmaq əvəzinə, belə populist addımlarla öz reytinqini saxlamağa çalışır".

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti göstəricisidir:

"Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018