Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qanunsuz ov edən iki nəfər saxlanılıb
Tarix: 11.07.2018 | Saat: 11:38:00
Bölmə:Hadisə | çapa göndər

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin birgə tədbirlər planına əsasən qanunsuz ov etmənin qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi, patrondaş, 1 baş qanunsuz ovlanmış çöl donuzunun götürülüb.

 Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib. Qanun pozucularının hər birinin İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilməsi və onlara təbiətə vurduğu 220 manat məbləğində ziyan tətbiq edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018