Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edəcək
Tarix: 11.07.2018 | Saat: 12:03:00
Bölmə:Sosial | çapa göndər

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gələn həftə, iyulun 20-də Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.

Hafta.az nazirliyin saytına istinadən bildirir ki, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri fərdi qaydada qəbul edilməklə, onların əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun, o cümlədən özünüməşğulluğun təmin olunması məsələlərinə dair müraciətləri dinləniləcək.

Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyə uyğun qaydada həlli ilə bağlı tədbirlər görüləcək.

Qeyd olunan rayonların sakinləri iyulun 17-dək qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət etmək və ya “142 -Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq (adını və soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə) mümkündür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018
18.07.2018