Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gəncə hadisələri sanki Nardaranda baş verənlərin təkrarı idi - SEVİNC SEYİDOVA
Tarix: 11.07.2018 | Saat: 12:45:00
Bölmə:Gündəm | çapa göndər

Bu il müstəqilliyimizin 100 illiyini qeyd etdik. Hər bir azərbaycanlıya qürur hissi yaşadan hərbi paradın şahidi olduq. Dövlətimizin birbaşa iştirakı ilə reallaşdırılan mühüm regional və beynəlxalq layihələrə imza atdıq. Lakin yenə də bu möhtəşəm olaylara kölgə salmaq istəyənlər tapıldı. 

Gəncədə təxribatçı qruplar dövlətimizi daxildən zəiflətmək istəyən, həmrəyliyimizi, birliyimizi pozmağa çalışan xarici qüvvələrdən aldıqları tapşırıqla növbəti dəfə öz qara niyyətlərini həyata keçirtməyə çalışdılar.

Hadisələrin xronoloji ardıcıllığına fikir versək bu olayların əvvəlcədən yazılmış ssenari əsasında həyata keçirildiyini anlamaq heç də çətin deyil. İlk öncə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd təşkil edildi. Ardınca isə, bu əməli törədən terrorçudan "milli qəhrəman" obrazı yaratmağa səy göstərdilər. Son 5 gündə isə sosial şəbəkələr vasitəsi ilə Gəncə sakinlərini ciddi-cəhdlə aksiyalara səsləyən çoxsaylı piar kampaniyası aparıldı.

Nəhayət iyulun 10-da baş verən olaylar... Xalqın təhlükəsizliyini təmin edən, ictimai-siyasi asayişi qorumaqla vəzifələndirilən iki polis əməkdaşı - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov xaincəsinə qətlə yetirildi. Əslində bütün bunlar baş verməməliydi.

Çünki, biz hüquqi dövlətdə yaşayırıq. Azərbaycan dini dözümlülük, tolerantlıq, multikultural dəyərlərin qorunmasında dünyaya nümunə göstərilir. Bu dəyərlər xalqımızın yüz illər boyunca yaşatdığı, göz bəbəyi kimi qoruyub gənc nəsillərə ötürdüyü ən qiymətli mənəvi sərvətimizdir. İndi isə, Azərbaycanın yürütdüyü müstəqil siyasətdən, sürətli iqtisadi inkişafdan, ölkəmizdəki əmin-amanlıqdan ciddi şəkildə narahat olanlar din pərdəsi altında bizim ən dəyərli mənəvi sərvətimizin özülünü sarsıtmağa çalışırlar. Lakin günlər boyu yorulmadan təxribat çağırışlarına sadə gəncəlilərin etinasız münasibəti, dövlətlərinə bağlılığı, sədaqəti növbəti dəfə onların niyyətlərinin xalq-iqtidar həmrəyliyi qarşısında puç olmasına səbəb oldu.
Bu olaylar sanki bir müddət əvvəl Nardaranda baş verənlərin təkrarı idi. Həmin ssenari, həmin oyunçular və eyni məqsəd. Sadəcə məkan fərqli idi. Bu dəfə Azərbaycanın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazdırmış Gəncə. Hansı ki, müstəqil Azərbaycanın ilk paytaxtı, Rusiya işğalına qarşı qəhrəmancasına döyüşərək həlak olan Cavab xanın vətəni, dahi Nizaminin yurdudur. Bəli, Gəncə yaddaşlarımızda hər zaman bir qrup təxribatçının iğtişaşları ilə yox, məhz Cavab xanı, Nizamisi və daha neçə-neçə dövlətinə, xalqına, millətinə xidmət edən ziyalıları, sənət adamları ilə qalacaq.

Sonda öz vəzifə borclarını yerinə yetirərkən şəhid olan qəhrəman polislərimizin vəfatı ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova, şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlıği verir, "vətən sağ olsun" deyirik.
Allah rəhmət eləsin!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ