Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gəncədə şəhid olan polislər dəfn olunub - YENİLƏNİB
Tarix: 11.07.2018 | Saat: 14:41:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başa çatıb.

Hafta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vida mərasimi başa çatandan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başlayıb.

Hafta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid polislər Gəncədəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.02.2019
14.02.2019
Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Güclü külək və intensiv yağış yağacaq - Xəbərdarlıq
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Mehriban Əliyevanın göstərişi dərhal icraata götürülüb
Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilib - FOTO
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib