Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Sabitliyi pozmağa cəhd edən hər kəs məsuliyyətə cəlb olunmalıdır” - AZƏR BADAMOV
Tarix: 11.07.2018 | Saat: 13:46:00
Bölmə:Gündəm | çapa göndər

“Azərbaycan qanunlarla idarə olunan hüquqi dövlətdir və ölkədə həyata keçirilməsi nəzərdə tutulan bütün aksiyalar, tədbirlər qanunuyğun şəkildə təşkil olunmalıdır”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili qanunsuz şəkildə insanları bir araya toplamaq, təxribatkarakterli çağırışlar etməyin qanunazidd olduğunu vurğulayıb: “Bütün hallarda qanunazidd hərəktlərin hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınmalıdır. Qanun hamı üçün eynidir. Belə aksiyaların keçirilməsi pislənməlidir. Çünki bizim ölkə olaraq ən böyük uğurlarımızdan biri də ictimai-siyasi sabitlikdir. Məhz bu sabitlik nəticəsində Azərbaycan inkişaf mərhələsini yaşayır, iqtisadi və sosial sahədə uğurlar qazanmaqdadır. Siyasi sabitliyi pozmaq istiqamətində atılan hər bir cəhdin qarşısı qətiyyətlə alınmalıdır. Çünki ictimai-siyasi sabitlik bütün ölkə vətəndaşlarının rahat yaşaması üçün vacib amildir.
Bu cür təxribatxarakterli aksiyalar hər kəs tərəfindən pislənməlidir. Çünki biz artıq dünyda belə hadisələrin baş verməsinə çox şahidlik etmişik və bilirik ki, hansı ölkədə radikal qruplar cəmiyyətə ayaq açırsa, nəticə xoşagələn olmur. Ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd edən hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
A.Badamov bildirib ki, Azərbaycan dinamik inkişaf edən bir ölkədir və bu bir çoxları tərəfindən qısqanclıqla qarşılandığı üçün ölkədə bu cür iğtişaşlar törətməyə çalışırlar: “Əldə etdiyimiz uğurları gözü götürməyənlər var. Baş vermiş hadisələr qazandığımız uğurlara mane olmaq cəhdidir. Belə hadisələrin təkraralanmaması üçün aidiyyatı qurumlar ayıq-sayıq olmaldır. Azərbaycan ictimaiyyəti dövlətinin müdafiəsindədir. Bu belə də olacaq. Baş verənlər göstərir ki, dövlətimizi, sabitliyimizi qorumağa qadirik”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.02.2019
14.02.2019
Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Güclü külək və intensiv yağış yağacaq - Xəbərdarlıq
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Mehriban Əliyevanın göstərişi dərhal icraata götürülüb
Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilib - FOTO
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib