Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Konfrans 3 milyard dollarlıq ixracata nail olmaq məqsədilə keçirilir" - Siyavuş Rizvani
Tarix: 11.07.2018 | Saat: 15:39:00
Bölmə:İqtisadiyyat | çapa göndər

İranın Sari şəhərində Xəzər dənizi İxracatının İnkişafı üzrə Beynəlxalq Konfrans işə başlayıb.

Hafta.az İRİB-ə istinadən yazər ki, tədbirdə Tacikistan, Rusiya, Türkmənistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Əfqanıstan və Hindistandan gəlmiş 50 yüksək rütbəli qonaq iştirak edir. 

İranın Bəndər-Əmirabad özəl iqtisadi məntəqəsi, həmçinin limanlar və dənizçilik üzrə direktor Siyavuş Rizvani açılış mərasimində deyib ki, bu konfrans Mazandaranda 3 milyard dollarlıq ixracata nail olmaq məqsədilə keçirilir. Rizvani əlavə edib ki, ixracatın artması cəmiyyətdə məşğulluğun artması və iqtisadiyyatın inkişafı üçün mühüm addımdır. Onun sözlərinə görə, beynəlxalq konfransların keçirilməsi, həmçinin xəzəryanı ölkələrdən ekspertlər, iş adamları və iqtisadi fəalların dəvət olunması ilə bölgədə ixracat daha da genişlənəcək. Buna misal olaraq Rizvani xatırladıb ki, məsələn, 2018-ci ilin əvvəllərində Şimal-Cənub beynəlxalq dəhlizi istiqamətində yerləşən Əmirabad limanından təqribən 115 min ton məhsul yüklənib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 faiz çoxdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018