Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bu məsələnin niyə vaxtaşırı gündəmə gətirildiyini anlamıram" - Roman Vasilenko
Tarix: 11.07.2018 | Saat: 14:46:00
Bölmə:Dünya | çapa göndər

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko Xəzər dənizinin hüquqi statusu ilə bağlı mövqeyini açıqlayıb.

Hafta.az "Novosti"yə istinadən yazır ki, nazir müavini Xəzər dənizində sahilyanı 5 ölkədən başqa kənar dövlətin hərbi varlığına qarşı çıxdığını deyib. Bununla da, R.Vasilenko iyun ayında Rusiya prezidenti Vladimir Putinin Xəzərin hüquqi statusu ilə bağlı səsləndirdiyi təklifə cavab vermiş olub. Həmin təklifin mətnində qeyd olunur ki, Xəzərə istənilən kənar ölkənin hərbi gəmisinin girməsi qəbulolunmazdır.

“Bu məsələnin niyə vaxtaşırı gündəmə gətirildiyini anlamıram. Qazaxıstan ilk başdan bu yana Xəzərdən tamamilə mülki məqsədlə istifadə edilməsinə tərəfdar olduğunu deyib. İkincisi də, biz müstəqilliyimizi qazandığımız gündən indiyədək tərəfdaşlarımızla görüşlərdə Xəzərin sülh və əməkdaşlıq dənizi olduğunu vurğulamaqdayıq. Bu gün də Astana hökuməti eyni mövqedədir" deyib nazir müavini.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018