Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanın xarici ticarət dövriyyəsi 12068,6 milyon dollar olub
Tarix: 11.07.2018 | Saat: 15:18:00
Bölmə:İqtisadiyyat | çapa göndər

2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 150 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12068,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8213,3 milyon dollar, idxalın dəyəri 3855,3 milyon dollar təşkil edib, nəticədə 4358,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22,4 faizini İtaliyaya, 8,3 faizini İsrailə, 7,6 faizini Türkiyəyə, 5,8 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,8 faizini Kanadaya, 4,4 faizini Almaniyaya, 4,0 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və Rusiyaya, 3,2 faizini Portuqaliyaya, 3,0 faizini Hindistana, 2,7 faizini ABŞ-a, hər biri 2,5 faiz olmaqla Fransa və İspaniyaya, qalan 16,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,0 faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.



Bölməyə aid digər xəbərlər
20.11.2018 Qızıl bahalaşıb

Xəbərə şərh yaz
21.11.2018
20.11.2018
“Girovların qaytarılması bizim səlahiyyətimizdə deyil” - Qırmızı Xaç Komitəsi
Azərbaycan hökuməti İlham Əliyevin müəyyənləşdirdiyi böyük sosial siyasəti uğurla həyata keçirir - Əli Əhmədov
“Beşiktaş”ın futbolçusu 3 həftə oynamayacaq
Orta təhsil müəssisələri arasında əməkdaşlıq güclənir
Belarus MDB məkanında bizim ən yaxın və səmimi tərəfdaşlarımızdan biridir - EKSPERT
Azərbaycanın Belarus Respublikası ilə diplomatik və iqtisadi münasibətləri çox yüksək səviyyədədir - RƏY
Azərbaycan əhalinin həssas qrupuna göstərdiyi diqqət və qayğıya görə dünya ölkələrinə nümunə ola bilər - EKSPERT
Bakıda kanalizasiyadan mal başları çıxdı - GÜNÜN TƏZADLARI
Şəkiyə gedən məktəblilər zəhərləndi - VİDEO
DİN-də geniş kollegiya iclası keçirilib