Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xalqımız bu sınaqdan da alnıaçıq çıxacaq” - Jalə Əliyeva
Tarix: 11.07.2018 | Saat: 15:38:00
Bölmə:Gündəm | çapa göndər

"Birmənalı olaraq Gəncədəki son hadisələri, məqsədli şəkildə törədilmiş iğtişaşları qətiyyətlə pisləyirik. Baş vermiş hadisə Azərbaycanın sabitliyini pozmağa yönəlmiş təxribatdır”. Bu fikirləri Hafta az-a açıqlamasında Gəncədə baş verən hadisələrə münasibət bildirərkən Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, son hadisələr düşünülmüş, planlanmış hərəkətlərdir: “Azərbaycanın böyük uğurlarına kölgə salmaq istəyən dini pərdə altında fəaliyyət göstərən radikal ünsürlərin ictimaiyyət, əhali arasında çaşqınlıq, qeyri-stabillik yaratmaq cəhdləri yolverilməzdir. Azəbaycan dərin və möhkəm dövlətçilik ənənələri və prinsipləri olan bir dövlətdir, regionda, dünyada stabilliyin qarantı kimi çıxış edən bir ölkədir. Adətən, ölkəmiz beynəlxalq əhəmiyyətli hansısa tədbirə ev sahibliyi edəndə və ya yüksək səviyyəli tədbir təşkil edəndə Azərbaycana qarşı əllər uzanmağa başlayır. Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi təntənəli şəkildə qeyd olundu. Eyni zamanda, ordumuzun 100 illiyi ilə bağlı möhtəşəm parad təşkil edildi. Həmin paradda nümayiş olunan hərbi texnikalar, avadanlıqlar əslində dünyaya mesaj idi. Təbii ki, Azərbaycanı gözü götürməyən qüvvələr bu uğura, inkişafa sevinə bilməzdilər. Bu mənada son həftələr Gəncədə baş verən hadisələr ölkəmizin, Prezidentimizin uğurlarını gözü götürməyən qüvvələrin təxribatlarıdır, amma bu təxribatların qarşısı həmişə olduğu kimi alınacaqdır. Guya dini pərdə altında insanlara çağırışlar edilməsi, Gəncədə iki yüksək rütbəli polis zabitinin şəhid olması ürəkağrıdıcıdır. Sevindirici məqam ondan ibarətdir ki, Azərbaycan xalqı yenə də həmişə olduğu kimi belə təxribatçı qüvvələrə, radikal ünsürlərə uymur, ayıq-sayıqlıq nümayiş etdirərək öz birliyi, həmrəyliyi ilə bir daha öz dövlətinin və öz Prezidentinin yanında olacağını bəyan edir. Sözsüz ki, xalqımız bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq”.

Sevinc Osmanova



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018