Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 20-yə yüksəlib
Tarix: 11.07.2018 | Saat: 16:31:00
Bölmə:Dünya | çapa göndər

Keçən gecə Pakistanın şimal-qərbində keçirilən seçkiqabağı yürüş zamanı həyata keçirilən intihar hücumu vilayət assambleyasına namizəd də daxil olmaqla 20 nəfərin ölümünə, 63 nəfərin yaralanmasına səbəb olub.

Hafta.az yazır ki, bu barədə məlumatı Lady Reading xəstəxanasının sözcüsü Zülfüqar Babaheil verib. Onun sözlərinə görə, yaralılardan bir çoxunun vəziyyəti ağırdır.

Bomba Xeybər-Paxtunxav vilayətinin paytaxtı Peşəvərdə seçkilərə namizəd Harun Bilorun “Avami Milli Partiyası”nı dəstəkləyənlər qarşısında çıxış etmək üçün tribunaya gedən zaman partladılıb. Hücumun məsuliyyətini vaxtilə Bilurun atasını da öldürən Pakistan Talibanı öz üzərinə götürüb. Hadisədən dərhal sonra Pakistan Seçki Şurası bölgədə keçiriləcək seçkini təxirə salıb. 

Xatırladaq ki, Bilurun atası Bəşir Əhməd Bilur da Peşavərdə 2012-ci ildə düzənlənən partiya toplantısı zamanı bombalı intihar hücumunun qurbanı olmuşdu və həmin terrorun məsuliyyətini də Taliban öz üzərinə götürmüşdü. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018