Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident nəvəsi ilə rep oxudu - GÜNÜN TƏZADLARI
Tarix: 11.07.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov nəvəsi ilə birlikdə sintezatorda ifa etdi və rep stilində mahnı oxudu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hazırda Berdiməhəmmədov Xəzər dənizinin Türkmənistan sahillərində istirahət edir. O, “İdmançı Türkmənistan” şeirini yazıb, nəvəsi Kərimqulu isə şeiri ingilis dilinə çevirib və ona mahnı bəstələyib. Prezident mahnını türkmən dilində, nəvəsi isə ingiliscə səsləndirib.


Bəy bal ayında həlak oldu


İngiltərədə yeni evlənən cütlüyün bal ayı faciə ilə bitdi. Hafta.az-ın ”Qafqazinfo”ya istinadla verdiyi xəbərdə deyilir ki, yeni ailə qurmuş 33 yaşlı Eymi ilə 31 yaşlı Alan Simms bal ayı üçün Afrikanın Yaşıl Burun adalarına yollanıblar. Birlikdə 2 gün keçirən ərlə-arvad 3-cü gün gözləmədikləri hadisə ilə üzləşiblər. Anası ilə telefonda danışan Alanın halı qəfil pisləşib. Dincəlmək üçün otağına gedən Alan otelin tibb bacılarının köməyi ilə bütün gününü yataraq keçirib. 4 saat nəzarətdən sonra, səhər saatlarında yenidən halı pisləşən Simmsi xəstəxanaya aparıblar. Əvvəlcə onun zəhərlənməsindən şübhələniblər. Ancaq halı daha da pisləşən Alan keçinib. Onun nədən öldüyü isə müəmmalı qalıb. Eymi İngiltərəyə geri göndərildikdən 2 gün sonra ərinin tibbi ekspertizadan sonra ölüm səbəbini öyrənə bilib. Məlum olub ki, Alan 19 yaşında beyin xərçənginə tutulubmuş. Bu dəfə ciyərlərinə yayılan xərçəng son mərhələyədək hiss edilməyib və Alan keçirdiyi gizli xərçəng xəstəliyi səbəbindən ölüb.


Müsəlman lider xaçpərəst ikonasını öpdü


Rusiya Müsəlmanları Ruhani İdarəsinin başçısı Talqat Tadjuddin xristian ikonasını öpüb gözünün üstünə qoydu. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, ruhani lider buna görə sosial şəbələkərdə ciddi tənqidə məruz qalıb. Bu, Rus Pravoslav Kilsəsi rəhbərliyi tərəfindən təntənəli mükafatlandırılma mərasimini əks etdirən videogörüntülərin yayılmasından sonra baş verib. Görüntülərdən bəlli olur ki, keşiş müsəlman liderin üzərinə əl işarəsi ilə xaç çəkir və ona ikona hədiyyə edir. T.Taljuddin isə çəkinmədən ikonanı öpərək gözünün üstünə qoyur.


5 nəfərlik ailə bir neçə saniyədə yox oldu


ABŞ-da bir ailənin beş üzvü eyni vaxtda dünyadan köçdü. Hafta.az-ın Türkiyənin “Haberler.com” nəşrinə istinadla verdiyi xəbərə görə, onlar silahla öldürülmüş halda tapılıb. Polisin verdiyi açıqlamada evlərində odlu silahla vurularaq öldürülən üçü uşaq olan beş ailə üzvünün qatil və ya qatillərinin hər yerdə axtarıldığı bildirilib. Ölənlərin 42 yaşlı ev sahibi, 41 yaşlı həyat yoldaşı, 6, 4 və 3 yaşlı uşaqlar olduğu müəyyən edilib. Əyalət polisi öldürülən 5 nəfərlik ailənin ölüm səbəblərini müəyyənləşdirmək üçün meyitlərin yarılacağını və istintaqın çox istiqamətli olaraq davam etdirildiyini açıqlayıb.


Ronaldo “Real Madrid”dən getdi


Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun İtaliyanın “Yuventus” klubuna keçidi rəsmiləşdi. Hafta.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, bu barədə “Real”ın rəsmi saytı məlumat yayıb. Madridlilər 2009-cu ildən klubun şərəfini qoruyan hücumçunun Turin təmsilçisinə keçdiyini elan edib. Lakin transferin rəsmi məbləğini açıqlamayıb. İspaniyanın “Marka” nəşri 438 oyunda 451 qol vuran Ronaldonun keçidinin 105 milyon avroya rəsmiləşdiyini iddia edir. Qeyd edək ki, Ronaldo 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a 94 milyon avroya transfer olunub. Bu müddətdə o, La Liqann (2 dəfə), "Kral Kuboku"nun (2), İspaniya Super Kubokunun (2), Çempionalr Liqasının (4), Avropa Super Kubokunun (2), klublararası dünya çempionatının (3) qalibi olub, 4 dəfə “Qızıl top"a sahib çıxıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018