Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəmiyyətdə media savadlılığını artırmaq lazımdır - MÜSAHİBƏ
Tarix: 12.07.2018 | Saat: 19:30:00
Bölmə:Müsahibə | çapa göndər

Vüqar Zifəroğlu: “İnformasiya müharibəsində ayıq-sayıq olmalıyıq”

Tək Azərbaycanda deyil, əksər dövlətlər var ki, orada xarici ölkələrdən idarə olunan internet resursları mövcuddur. Çox vaxt ölkədəki tolerantlıq mühiti məhz həmin resursların hədəfi olur, ayrı-seçkiliyi təbliğ edərək sabitliyi pozmağa çalışırlar.

Saytların, sosial şəbəkələrin, sosial medianın geniş maraq doğurduğu bir zamanda o məqsəddə olanlarla mübarizə aparmaq çox çətindir. Amma qorunma yolları da var.
Hafta.az-ın bu mövzuda suallarını “Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu cavablandırıb.
- Xarici ölkələrdən idarə olunan internet resurslar var hansı ki, onlar vasitəsi ilə milli, etnik, dini ayrı-seçkilik təbliğ olunur. Sizcə, onların məqsədi nədir?
- Yaşadığımız XXI əsrdə informasiya müharibəsi, media manipulyasiyası, sosial media vasitəsi ilə kütlənin yönləndirilməsi günümüzün ən aktual problemlərindən biridir. Açıq desək, hazırda informasiya texnologiyalarının inkişafı ilə bu gün medianın əldə etdiyi geniş imkanlar istənilən ölkəyə istənilən şəkildə təsir edə bilir. İnformasiya müharibəsinin hədəfləri dedikdə, sülh şəraitində müdaxilə edən tərəf üçün əlverişli iqtisadi-siyasi durum yaratmaqdır. Xaricdən idarə olunan internet resurslar üçün belə bir vəziyyət sərf edir və onlar tez hərəkətə keçirlər.
- İnformasiya müharibəsində başlıca hədəflər, təsir obyektləri nədir?
- İnsan amili. İnsanlara təsir etmək, yönləndirmək, insanları tamamilə yanlış düşüncəyə qərq etmək istəyirlər. Bundan sonra hədəfdə kommunikasiya şəbəkələri, dövlət təşkilatlarının informasiya bazaları, idarətmə strukturlarının informasiya qaynaqları gəlir.

- Bəs, bu prosesdə istifadə olunan alətlər hansılardır?
- İnformasiya müharibəsində istifadə olunan başlıca üç alət var – kütləvi informasiya vasitələri, sosial şəbəklər və kütləvi kommunikasiya vasitələri. Bu üç alətdən istifadə edilməklə cəmiyyətə təsir edib yönləndirilir.Yanlış düşüncəyə sövq edilir, bundan sonra cəmiyyəti yanlış yerə çox rahatlıqla itələmək olur. İnformasiya müharibəsində əsasən bu amillər qabardılır.
- Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Ümumiyyətlə, informasiya manipulyasiyasının qarşısını almaq və ya bunun təsirini minimuma endirmək üçün ilk növbədə media ilə işlər düzgün qurulmalıdır, xəbər xətti düzgün istiqamətləndirilməlidir.
- İnformasiya təhlükəsizliyi ilə bağlı hədələrin kökündə nə dayanır?
- Bu, Azərbaycanın ərazi bütövlüyünü qəsb etmiş Ermənistanın və erməni lobbisinin ölkəmizə qarşı aqressiv münasibətidir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə qarşı yürüdülən informasiya müharibəsi siyasətidir, Azərbaycanın yerləşdiyi məkanda geosiyasi maraqları toqquşan bəzi dövlətlərin ölkə daxilində siyasi sabitliyi pozmaq niyyətidir. Qloballaşma şəraitində ölkəyə daxil olan informasiya axının bir qisminin yad ünsürlərin zərərli və təhlükəli ideyalar daşıyıcısı olmasıdır. Bu, internetmedia vasitəsi ilə Azərbaycanda geosiyasi maraqları olan güclərin informasiya manipulyasiyası üçün müxtəlif metdolardan istifadə etmələridir. Kibercinayətkarlığı da beşinci amil kimi bura əlavə edə bilərik.
- Bu manipulyasiyanın təsirinə düşməmək üçün nə etmək lazıdmır? Hər halda tamamilə informasiyadan təcrid olunmaq çıxış yolu sayılmaz...
- Qeyd etdiyimiz kimi, iki istiqamətdə təşkilatlanmaya böyük ehtiyac var. Birincisi, maarifləndirmə, ikincisi isə media savadlılığının artırılması. Bu ilk növbədə cəmiyyətə yönəlmiş bir addım olmalıdır. Sıravı Azərbaycan vətəndaşı hansı media oraqanına etibar etməli olduğunu bilməlidir. Ölkə vətəndaşı sosial şəbəkələrdən istifadə qaydalarını bilməli, nələrə diqqət etməli olduğunu anlamalıdır. Artıq Amerikada, Avropa ölkələrində kolleclərdə media ilə, sosial şəbəklərlə bağlı təlimlər keçirilir. Bu həm də cəmiyyəti media ilə bağlı münasibətlərə hazırlıq məqsədi daşıyır. Cəmiyyətdə media savadlılığını artırmaq lazımdır ki, bunun da yolu üç mərhələdən keçir; media mədəniyyəti, media təhsili və media etikası. Bu istiqamətdə cəmiyyət maarifləndiriməlidir. İkinci istiqamət isə sırf informasiya savadlılığı ilə bağlıdır ki, bu da sırf jurnalistlər – xəbər çatdıranlar üçündür. Etiraf edək ki, bu cameədə qeyri-peşəkarlar yetəri qədərdir. Odur ki, informaiya savadlılığının artırlmasına ehtiyac var və maarifləndirmə cəmiyyət olaraq bizi manipulyativ təsirlərdən qoruya bilər. Unutmamalıyıq ki, biz jurnalistlər də əslində əskərik, düzgün informasiya ilə dövlətimizin, millətimizin keşiyində durmalıyıq. Səngərdə duran əskərlər kimi biz də informasiya müharibəsində ayıq-sayıq olmalıyıq. İnformasiya ilə savadlı işləməyi bacarmalıyıq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018