Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycanla Misir arasında dostluq əlaqələri mövcuddur"
Tarix: 13.07.2018 | Saat: 19:15:00
Bölmə:Gündəm | çapa göndər

Misirin Azərbaycandakı səfirliyi Misirin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə, öncə, iki ölkənin himni səsləndirilib. Misirin ölkəmizdəki səfiri Adel İbrahim bildirib ki, inqilabın 66-cı ildönümü qeyd olunur.

Səfir Azərbaycanda olduğu müddətdə gördüyü qonaqpərvərlikdən dolayı təşəkkür edib. O, gəldiyi ilk vaxtlar etimadnaməsini verərkən prezident İlham Əliyevlə görüşdən aldığı yüksək təəssüratları dilə gətirərək, bu münasibətin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinə yüksək əzmin olması kimi qiymətləndirib. Deyib ki, ölkələrimiz arasında tarixən sıx əlaqələr mövcud olub. "Ölkələrimiz inkişaf etməkdədir. Çalışacağıq, hər zaman qarşılıqlı əməkdaşlıq çərçivəsində bir-birimizə dəstək göstərək", - deyib səfir.

 

Milli Məclisin vitse-spikeri Bahar Muradova səfiri bayram münasibətilə təbrik edərək deyib ki, Misir qədim dövlətçilik ənənəsini özündə yaşadır. "Azərbaycanla Misir arasında dost əlaqələri mövcuddur. Bu münasibətləri gələcəkdə də qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirmək üçün iradə var. Hazırda səfirliklərimiz də öz təqdirəlayiq fəaliyyətləri ilə əlaqələrin genişlənməsinə çalışırlar", - deyib B.Muradova.

B.Muradova prezident İlham Əliyevin 2007-ci ildə Misirə səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm rol oynadığını bildirib. O əlavə edib ki, iki ölkə arasında iqtisadiyyat, energetika, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Azərbaycanın Misirlə iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsinə xüsusi önəm verdiyini deyən parlamentin sədr müavini inandığını bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək.

Bir az da tarixə canlı şahidlik etmiş Misirlə bağlı bəzi maraqlı məlumatlara nəzər yetirək:

Bəşər tarixinin ilk yazıldığı mədəniyyətlərdən olan Misir dövləti Afrikanın şimal-şərqində, bir qismi isə Asiyaya aid edilən Sinay yarımadasında yerləşir. Ərazisi 1 milyon kvadrat-kilometrdən artıq olan bu müəlman-ərəb ölkəsinin əhalisinin sayı 100 milyon nəfərə yaxındır. Paytaxtı bötüvlükdə Afrika qitəsində ən iri şəhər olan Qahirədir.

Cənubdan şimala uzanaraq ölkəni günbatan və günçıxana bölən Nil çayı minillərdir, Misirə həyat verir. Nil ölkənin həm içməli suya, həm suvarmaya, həm sənayedə istifadəyə tələbatını ödəməklə, tarixən bu ölkə əhalisinin yaşayışına və inkişafına stimul verib. Təsadüfi deyil ki, hazırda ölkə əhalisinin 97 faizi və kənd təsərrüfatı sənayesinin də bir o qədəri Nilin vadisində, xüsusilə çayın Aralıq dənizinə töküldüyü yerdə yaratdığı geniş deltada cəmlənib.

Misir əhalisinin sayı 100 milyon nəfərə yaxındır ki, bu saya görə, Afrikada yalnız Nigeriya və Efiopiyadan geri qalır. Ümumiyyətlə, Misir əhalisinin sayına görə, dünyada 15-ci yerdədir. Ölkə əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Ən böyük şəhərləri Qahirə (20 milyon nəfər), İsgəndəriyyə, Giza, Əsvan və sairdir.

Misir BMT, Qoşulmama Hərəkatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və İƏT kimi böyük təşkilatların üzvüdür.

Misirin tarixi 7 min il əvvələ uzanır. Antik Misirdə ölkə ərazisində iki dövlət – Aşağı Misir (Nilin deltası və çevrəsi, indiki Şimali Misir. Qurucusu Ro, ən məşhur hökmdarı isə “Əqrəb Kral” adlandırılan Zekhendir) və paytaxtı Teb şəhəri olmaqla, Yuxarı Misir (indiki Cənubi Misir. Tarixçilərə görə, Yuxarı Misirdə 8 min əvvələ gedən məlumatlar mövcuddur, amma təəssüf ki, bu dövlətin ilk qurucusu olan Tiu barəsində geniş bilgi yoxdur) mövcud olub. Bu iki dövlət eramızdan əvvəl 3150-ci ildə birləşib. Vahid dövlətin paytaxtı isə uzun dövr ərzində Memfis şəhəri olub.

Məlumat üçün bildirək ki, 1300 il əvvəl indiki Qahirə şəhəri məhz antik Memfisin qalıqları yerləşən ərazidə inşaa olunub.

Minillər boyu hegemon olan birləşmiş Misir eramızdan əvvəl 31-ci ildə Roma imperiyası tərəfindən zəbt edilərək, əyalətə çevrilir. İslam dininin yayılması Roma imperiyasının (Şərqi Roma imperiyası və ya Bizans dövləti) bu əraziləri tərk etməsinə səbəb olur. 639-cu ildə ərəb ordusu Misir ərazisinə yürüş edir və son olaraq, 642-ci ildə ərəblər nəzarəti ələ keçirir. Bundan sonra bu qədim ölkədə ərəbləşmə və islamlaşma prosesi başlayır. Beləliklə, Misir 200 il ərzində Əməvi və Abbasilərin nəzarətində qalır. 868-ci il sentyabrın 15-də Abbasilərin Misirə göndərdiyi türk vali Əhməd bin Tolun ilk türk xanədanlığını qurub. Bundansonrakı dövrdə ölkə Fatimilər, Eyyubilər və Məmlüklər tərəfindən idarə olunub. 1517-ci ildə Yavuz Sultan Səlimin ordusu Məmlüklərin varlığına son qoyaraq, Misiri Osmanlıya birləşdirib. 1798-ci ildə Fransa, 1882-ci ildə isə İngiltərə Misiri işğal edir. Amma bu uzun sürmür, Misir 1922-ci ildə müstəqilliyini elan edir və Əhməd Fuad 1-ci Kral Fuad kimi taxta çıxır.

 

Misirdə 1952-ci ildə baş verən inqilab krallıq üsul-idarəçiliyinə son qoyur və 1953-cü il iyununda Respublika elan edilib. 1958-1961-ci illər arasında Misir Suriya ilə birləşərək, Birləşmiş Ərəb Respublikası adını daşıyıb.

Hazırda Misirin prezidenti Əbdülfəttah əl-Sisidir.

İllik məhsul istehsalı 335 milyard dollar olan Misirin iqtisadiyyatı çoxşahəlidir. Ənənəvi sahə olan kənd təsərrüfatının Ümumdaxili Məhsul İstehsalında payı 14,5 faiz olub, işlək əhalinin 30 faziini özündə cəmləyir. Taxıl, pambıq, şəkər qamışı və şəkər çuğunduru əsas sahələrdir. 

İşlək əhalinin 25 faizdən çoxu sənayedə çalışır. Ölkədə qızıl, dəmir, neft və qaz, tikinti materialları yataqları geniş yayılıb. Hazırda sənayenin Ümumdaxili Məhsul İstehsalında payı 40 faizdir.

Yeri gəlmişkən, Misir dünyanın ən iri qaz ixracatçılarındandır.

Ən inkişaf etmiş sahə xidmət sektorudur və bu sahənin Ümumdaxili Məhsul İstehsalında payı 45 faizdir.

Ümumiyyətlə, Misir xəzinəsi ən çox gəlirləri turizm sənayesindən və Süveyş kanalından alınan rüsumlardan götürür.

Ölkənin əsas ticarət ortaqları Çin, Almaniya və İtaliyadır. Əsas ixrac məhsulları mineral yanacaq, elektrik və elektronika məhsulları, plastik məmulatlardır. İdxalı isə mineral yanacaq, maşın, nəqliyyat vasitələrindən ibarətdir.

Pul vahidi Misir funtudur. Funt 100 piastra bölünür.

Misirlə Azərbaycan arasında tarix boyu mövcud olan əlaqələr hələ Sovet dönəmində də yüksək səviyyədə idi. Misir Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda (hazırda Misirin Azərbaycanda səfiri Adel İbrahimdir və o, heç vaxt unutmayacağımız, böyük diplomat Suzan Cəmili əvəz edir – V.T.), 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri (səfir Tural Rzayevdir) fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb.

Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılıb və ilk rəhbəri İmamverdi İsmayılov olub. 4 mart 2016-cı il tarixindən Gövhər Baxşəliyeva işçi qrupunun rəhbəridir.

Ərəb ölkələrindən yalnız Misirin ölkəmizdə Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəzin rəhbəri Azərbaycanın böyük dostu Əhməd Sami Elaydidir.
İndiyədək ölkələrimiz arasında 50-ə qədər qarşılıqlı yüksək səviyyəli səfər həyata keçirilib. Bu müddətdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 50-ə yaxın sənəd imzalanıb.

Vüsal Tağıbəyli

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Misirin ölkəmizdəki səfirliyinin, başda səfir Adel İbrahim, eləcə də Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi olmaqla bütün əməkdaşlarını təbrik edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA