Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BANM-ın məzunları Karbamid zavodunda işə başlayıblar
Tarix: 16.07.2018 | Saat: 11:34:00
Bölmə:Sosial | çapa göndər

Bakı Ali Neft Məktəbinin (BANM) 2018-ci il məzunları karyeralarındakı ilk addımları uğurla atır. Ali Məktəbin daha dörd məzunu SOCAR Karbamid zavoduna işə qəbul olublar.

BANM-dan hafta.az-a verilən məlumata görə, zavoda işəqəbul prosesi xüsusi müsahibə əsasında keçirilib. Müsahibədə Karbamid zavodunun baş direktoru Xəyal Cəfərov, direktor müavini və baş mühəndis Bəxtiyar Məmmədov, kadrlar şöbəsinin aparıcı mütəxəssisi Solmaz Kazımova iştirak ediblər. Müsahibədən uğurla keçən dörd məzun – Murad İsmayılov, Heydər Nəcəfov, Məmməd Nəzərov, Elşən Mikayılov Karbomid zavodu tərəfindən işə qəbul olunublar. Məzunların ikisi mühəndis-texnoloq, biri kimyaçı, digəri isə Nəzarət ölçü cihazları və avtomatika mühəndisi olaraq zavodun əməkdaşları sırasına qatılıblar.

Zavodun yeni əməkdaşları adını qazanan Ali Məktəbin məzunlarına ilk olaraq təhlükəsizlik və sahə təlimləri keçilib. Təlimləri uğurla bitirdikdən sonra yeni işçilər vəzifələrinə uyğun aidiyyatı sahələrdə - karbamid və ammonyak istehsalı sahəsi, köməkçi qurğular sahəsi, istehsalat və keyfiyyətə nəzarət laboratoriyası, təmir və texniki xidmət sahəsində öz vəzifə təlimatlarının icrasına başlayıblar.

Qeyd edək ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. İstehsal edilən karbamid məhsulu daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ