Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
«Gəncədə radikal qrupların iğtişaş cəhdləri dövlətə qarşı terrordur» - RƏY
Tarix: 16.07.2018 | Saat: 12:12:00
Bölmə:Gündəm | çapa göndər

Gəncə şəhərində törədilmiş terror aktı bütün ictimaiyyəti, hər bir vətəndaşı narahat edir. Bu fikirləri hafta.az-a açıqlamasında Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın qədim şəhəri olan Gəncədə baş verənlər çox ağır hadisələrdir və eyni zamanda Dövlətimizə qarşı bir terrordur:

”Mən Şəhid olan zabitlərimiz Səməd Abbasov və İlqar Balakişiyevin ailəsinə rayon gəncləri və idmançıları adından dərin hüzünlə baş sağlığı verirəm. Hər iki zabitimiz dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olduqlarını bir daha sübut edərək Azərbaycanın Müstəqilliyinə yönəlmiş və vətən xainlərinin dəstəyi ilə idarə olunan bu hadisənin qarşısını almağa çalışdılar və sevdikləri vətənləri üçün hətta öz canlarından keçdilər. Onların bu şücaəti hər bir Azərbaycan gəncininə bir örnəkdir. Xidmətdə olan zabitlərimizin bu cür planlı şəkildə qətlə yetirilməsi əlbəttə ki, hər bir azərbaycanlını sarsıtdı. Terror hadisəni törədən hər üç şəxs cinayətkar aləmin ünsürləridir».

Amil Bağırov deyir ki, terroçunun vətəni olmur: ”Buda bəllidir ki, bu terror hadisəsinin dövlət orqanlarının rəhbər şəxslərinə qarşı törədilməsi bilavasitə qabaqcadan hazırlanmış mənfur planın bir hissəsidir. Biz müşahidə etdik ki, cinayət əməllərində şüurlu şəkildə İslam dininin adından sui-istifadə olundu. Bu da təbii ki, qətiyyən yolverilməzdir. Baş verən hadisələri dinlə bağlamaq cəhdlərini qabaqcadan düşünülmüş bir addım olduğu hər kəsə bəllidir. Biz bilirik ki, bu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq düşünülmüş xain planın bir hissəsidir. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndiririk. Din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terrordur, həmçinin islami dəyərlərimizə ziddir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır. Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Ölkə başçısının yürütdüyü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə sabitlik qorunub-saxlanılır. Biz başa düşürük ki, bu hadisədən ölkəmizdə sabitliyi pozmaq istəyən, dövlətimizin müstəqilliyini gözü götürməyən mərkəzlər və onların daxildəki əlaltıları, vətənimiz çörəyini yeyən vətən xainləri maksimum səviyyədə yararlanmağa çalışacaqlar. Ona görədə hamımız ayıq olmalıyıq. Hər bir Azərbaycan gənci, hər bir vətəndaşımız bu hadisələrə qiymət verməlidir. On minlərlə şəhidlərimizin canı bahasına əldə etdiyimiz, Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsi hesabına müstəqil dövlət kimi bərqarar olmuş, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün dünyada söz sahibinə çevirlmiş Müstəqil Azərbaycanımızı qorumaq hər birimizin ən müqqədəs borcudur”.
Müsahibim bu gün hər bir Azərbaycan gəncinin Ali Baş Komandanın əmrini gözlədiyini də deyir: ”Bütün dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan işğal edilmiş torpaqlarımızı müharibə yolu azad etmək hüququnu özündə saxlayır. Bu bizim torpaqlarımızdır, babalarımızdan miras qalmış Vətənimizdir! Əks halda, bu müstəqilliyi qazanmaq və suveren Dövlətimizi qorumaq yolunda canlarını vermiş həmvətənlərimizin ruhu bizi bağışlamaz. Və heç bir qüvvə bizi tutduğumuz bu haqq yoldan döndərmək hüququna malik deyil .Biz Suraxanı rayon gəncləri Azərbaycan gəncliyi timsalında bütün dünyaya bəyan edirik ki, Ali baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə mübarizənin bütün forma və məfhumlarından qələbə ilə çıxmağa hazırıq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ