Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Media: dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib
Tarix: 16.07.2018 | Saat: 12:37:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Milli Mətbuat Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, media təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb. Dövlət Komitəsinin sədri dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna toxunub.

Sonra Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Tədbirdə, eləcə də Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev mövzu barədə öz fikirlərini bölüşüblər. Dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, multikultural və tolerant ənənələrimizin qorunması və təbliği istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019