Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
192 dövlət əmlakı özəlləşdirilir
Tarix: 16.07.2018 | Saat: 14:01:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 14-də növbəti hərrac keçirəcək.

Komitədən hafta.az-a verilən məlumata görə, növbəti hərraca 192 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 97-si kiçik dövlət müəssisə və obyekti, 60-ı qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsidir.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Salyan, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb. Azərmetalinvest, Bərdə Kərpic, Kürdəmir Quşçuluq kimi səhmdar cəmiyyətləri sənaye, təmir-tikinti, aqrar və digər iqtisadi sahələr üzrə fəaliyyət göstərməyə imkan verir.

Çoxlu sayda mağaza, kafe-restoran, zavod, fabriklərin rayon filialları və digər xidmət sahələri üzrə kiçik dövlət müəssisə və obyektləri vətəndaşların sahibkarlıq arzularının reallaşdıra biləcək əmlaklardır. Ümumi faydalı sahəsi 1562 kv.m, torpaq sahəsi ilə birlikdə 450 min manat ilkin qiymət təyin olunan "İstisu" mehmanxanası” Yevlax rayonunda yerləşir. Obyektin özəlləşdirilərək müasir və fərqli formada yenidən qurulması investora turizm xidmətlərində yüksək gəlir qazandırmaqla bərabər, bölgəyə turist axınına şərait yarada biləcək. Tərtər şəhəri, E.Hüseynov küçəsində yerləşən “Tərtər” kinoteatrının ümumi faydalı sahəsi 376 kv.m-dir. Fəaliyyətinin bərpa edilməsi ilkin qiyməti 30 min manat təyin olunan bu əmlakı sakinlərin asudə vaxtlarını keçirməsinə xidmət edən obyektə çevirə bilər.

Volkswagen, Chevrolet, BMW, QAZ, Kamaz kimi avtomobil brendlərindən olan, buraxılış ili 1989-2012 intervalındakı maşınlar hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu nəqliyyat vasitələrinə ən aşağı ilkin qiymət 800 manat, ən yuxarı isə 9 min manat təyin olunub.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11 kv.m ilə 376 kv.m, ilkin qiyməti isə 900 manat və 100 min manat aralığındadır. Bu dövlət əmlakları Bakı, Gəncə, Mingəçevir, Şirvan kimi müxtəlif şəhər və rayonlarda yerləşir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ