Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İran və Azərbaycan gömrükçüləri arasında saziş imzalanıb
Tarix: 16.07.2018 | Saat: 14:27:00
Bölmə:Sosial | çapa göndər

İran gömrüyü Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası ilə ticarəti genişləndirmək və asanlaşdırmaq üçün tərəflərin hər biri ilə ayrıca əməkdaşlıq razılaşması imazalyıb.

Hafta.az İRİB-ə istinadən yazır ki, İran gömrüyünün baş direktoru Forud Əsgəri dünən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Naxçıvan Muxtar Respublikası ali məclisinin sədri Vasif Talıbov ilə keçirdiyi görüşlərdə gömrük problemlərinin həlinin sürətləndirilməsini vurğulayıb. O, Azərbaycanın gömrük işçiləri üçün insan alverinin və narkotik maddələrin aşkar edilməsi üzrə təlim kurslarının keçirilməsi təklifini verib. Təklif rəğbətlə qarşılanıb. Bundan əlavə, görüşlərdə tərəflər sığorta haqqının eyniləşdirilməsi, Biləsuvar və Astara gömrükləri əməliyyatlarının sutkalıq icrası, gül-bitki və diri mal-qara tranziti üçün Poldəşt gömrüyündə karantin mütəxəssislərinin iştirakı, məxsus müsafirlərin gediş-gəlişi üçün xüsusi xətt lisenziyasının verilməsi və viza alışının asanlaşdırılmasından söz açılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018