Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda İndoneziya Mədəniyyət Festivalı keçiriləcək
Tarix: 16.07.2018 | Saat: 16:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

İndoneziyanın Azərbaycandakı səfirliyi bu il 1-16 sentyabr tarixlərində Bakıda Mədəniyyət Festivalı keçirməyi planlaşdırır.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, “Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” mövzusunda keçiriləcək festivalın daha öncə keçirilmiş iki festivaldan möhtəşəm olacağı gözlənilir.

İndoneziyanın Azərbaycandakı səfiri, Husnan Bəy Fənani tədbirin Bakının iki məkanında - Heydər Əliyev Sarayı və Fəvvarələr Meydanında keçiriləcəyini qeyd edib. Festivalın bu iki yerdə keçirilməsi şübhəsiz, böyük ictimai marağa səbəb olacaq. Belə ki, tədbirin keçiriləcəyi Heydər Əliyev Sarayı Bakının ən nüfuzlu məkanı olduğu halda, Fəvvarələr Meydanı isə azərbaycanlıların ən çox gəldiyi açıq ticarət mərkəzidir.

“İndoneziya Mədəniyyət Festivalı 2018” Azərbaycanda, xüsusilə Xəzər dənizi regionunda keçiriləcək üçüncü mədəniyyət tədbiridir. Bundan öncə, 2016-cı ildə keçirilmiş İndoneziya Mədəniyyət Festivalı Azərbaycan xalqı tərəfindən çox xoş qarşılandı. Bu bizim üçün surpriz oldu. Bu səbəbdən aydın idi ki, İndoneziya Mədəniyyət Festivalına böyük tələbat var” – səfir bildirib.

Azərbaycanda üç dəfə ardıcıl ən yaxşı səfir seçilən Hüsnan Bəy Fənani bildirib ki, 2017-ci ildə iki gün keçirilən İndoneziya Mədəniyyət Festivalı 3500 tamaşaçı tərəfindən izlənilib. Qeyd edək ki, 4 milyon əhalisi olan şəhərdə keçirilən bir tədbir üçün bu çox böyük göstəricidir. O, hətta inanır ki, növbəti İndoneziya Mədəniyyət Festivalı daha canlı olacaq, çünki, bu festivalın illik tədbirə çevrilməsi Azərbaycan xalqına məlumdur.

“İndoneziya Mədəniyyət Festivalı İndoneziya - Azərbaycan ikitərəfli əlaqələrini daha da gücləndirəcək. Əslində, bu iki ölkə xalqları arasında böyük dostluq tədbiridir. Buradakı insanlar ən böyük İslam ölkəsi kimi tanınan İndoneziyanı sevirlər” – diplomat əlavə edib.

Səfir Fənani indoneziyalı iş adamlarını Xəzər dənizi regionunda biznes şəbəkəsi yaratmağa dəvət edir.

Qeyd edək ki, “İndoneziya Mədəniyyət Festivalı 2018”, 2016-cı ildən etibarən bu ölkənin Bakıdakı səfirliyi tərəfindən keçirilən tədbirlərdən ən böyüyü olacaq. İndoneziya Mədəniyyət Festivalına, musiqi, rəqs və İndoneziyanın ozünümüdafiə sənəti daxil olmaqla, incəsənət və mədəni çıxışlar daxildir. Bundan əlavə, İndoneziyanın turizm və məhsullarının mükəmməlliyini təqdim edən stendlər təşkil olunacaq. Həmin həftə ərzində işgüzar görüşlər, sərgilər, İndoneziya turizmini tərənnüm edən tədbirlər, ənənəvi incəsənət çıxışları, seminar keçiriləcək və təhsil müəssisələrinə baş çəkiləcək.

Tədbirdə, festivalın reallaşmasını yüksək dəyərləndirən İndoneziya və Azərbaycanın müvafiq nazirliklərinin yüksək çinli nümayəndələrinin iştirakı da gözlənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ