Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Terrorçunu qəhrəman kimi təqdim edənlər barəsində ölçü götürülməlidir” - Əliməmməd Nuriyev
Tarix: 16.07.2018 | Saat: 17:15:00
Bölmə:Gündəm | çapa göndər

Gəncədə törədilmiş terror aktları ilə əlaqədar məsələlər hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə ictimaiyyətə çatdırılıb. Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Gəncədə törədilən hadisə terror aktı idi, bunu edənlər din adı altında gizlənən radikal qruplardır.

İlkin məlumatlar göstərir ki, hadisəni törədənlərin izi xaricdə olan qruplara gedib çıxır. Sumqayıtda da, digər yerlərdə də belə qruplar mövcuddur ki, onlar din pərdəsi arxasında gizlənərək cinayətlər törətməyə cəhd edirlər. Bunun üçün də müvafiq profilaktik tədbirlər görülür. Görünən odur ki, cəmiyyət bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir.

Mövzu barədə hafta.az “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev danışıb:

“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur. Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasyadan asılı olaraq, Şimal yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur.

Azərbaycan tarixi ibrət götürməli epizodlarla o qədər zəngindir ki, yalnız əbləhlər bunu qulaqardına vura bilər. Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Amma unudurlar ki, anarxistlər, yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar. Gəncə elə vahid, bölünməz, ən başlıcası suveren Azərbaycan ideyasının rəmzlərindən biridir. Gəncəlilər də Azərbaycanın müstəqilliyinin ən sadiq, cəsur, mərd fədailərdir. Gəncə, gəncəlilər dövlət və dövlətçiliyin qorunması, kənar müdaxilələrə qarşı müqavimətdə ən möhkəm sipərdi. Heç şübhə etimirik ki, bu dəfə də onlar tarixi missiyalarına sadiq qalaraq dövlətçilik ənənələrinə necə bağlı olduqlarını hər kəsə sübut edəcəklər. Azərbaycan cəmiyyəti vaxtaşırı ölkədə sabitliyi pozmağa çalışanların, dövlətimizin asılı vəziyyətə düşməsini arzulayanların, dövləti yox, hakimiyyəti əsas görənlərin həmlələrinə layiqli cavab verib. İstər meydanlarda, istər KİV-də, istərsə də, daxili siyasi proseslərdə, hər zaman dövlətin, dövlətçilik maraqlarının yanında olub. Məhz bu cür yanaşma dəfələrlə kənardan Azərbaycana eksperimentlərin ixracının qarşısını almağa imkan verib. Bütün bu səylər bu xalqın müdrikliyinə məğlub olub. Şübhə etmirik ki, bu dəfə də siyasi şarlatanların aksiya, filan keçirilməsi çağırışları yalnız xalqın, gəncəlilərin ironiyası ilə cavablandırılacaq. Xalqımız bu cür insanlara hər zaman gülüb və onlara layiqli qiymətini verib”.

Ə.Nuriyev baş verənlərin birmənalı olaraq xaricdən idarə olunduğunu deyib:

"Baş verənlər bəzi xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istiqamətindəki məqsədyönlü fəaliyyətinin nəticəsidir. Azərbaycan xalqı, gəncəlilər sabitliyin pozulmasına, iğtişaşa qarşıdırlar. Biz daha ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, bir neçə gün öncə Gəncədə baş vermiş terror hadisəsini törədən şəxsin sosial şəbəkələrdə qəhrəman kimi xalqa təqdim olunması özünün acı nəticəsini göstərdi. Polislərii qətlə yetirənlər məhz sosial şəbəkələrdəki paylaşımlardan ruhlanıblar. Hesab edirəm ki, terrorçunu qəhrəman kimi təqdim edənlər barəsində də ölçü götürülməlidir. İnsanların müqəddəslərə olan münasibətlərindən istifadə edən həmin qüvvələr təəssüf ki, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər, amma bu alınmayacaq. Çünki Azərbaycan xalqı, gəncəlilər dinc şəraitdə, xöşbəxt yaşamağın tərəfdarıdırlar. Biz yaxın keçmişimizdən ibrət götürmüşük. Bir daha o illərə qayıtmaq istəmirik".
“Əslində cəmiyyət çağırışlara getməyərək, həmin aksiyalarda iştirak etməməklə baş verənlərə münasibətini göstərdi. Azərbaycan cəmiyyəti sabitliyin ən böyük sərvət olduğunu çox gözəl bilir və heç vaxt radikalizmi və ekstremizmi dəstəkləmir. Bu baxımdan cəmiyyət sabitliyin dayanıqlılığına münasibət bildirmiş oldu” – deyə, Ə.Nuriyev bildirib.

O qeyd edib ki, son olaylarda ən diqqətçəkən məqam ölkə vətəndaşlarının Prezidenti dəstəkləməsidir:

“Vətəndaşların Prezidentin apardığı siyasəti dəstəkləndiyinin növbəti dəfə şahidi olduq. Cəmiyyət özü terrorçuların ələ kerçirilməsində yaxından iştirak etdi. Bu, cəmiyyətin etdiyi əslində onun baş verənlərə reaksiyası idi. Hadisələrdə vətəndaş cəmiyyəti, ziyalıların münasibəti, medianın rolu birmənalı oldu. Bütün bunlar vahid mövqe ortaya qoydu. Sosial şəbəkələrdə müəyyən qədər əks fikirlərə rast gəldik ki, bunlar da kənardan idarə olunan qüvvələrin fəaliyyətinin nəticəsi idi. Ayrı-ayrı siyasi mərkəzlər tərəfindən sifarişlər idi, kənardan idarə olunurdu. Xaricdən idarə olunan, Azərbaycana düşmən münasibəti olan tərəflərin oyunu idi”.
Müsahibimiz deyir ki, indi isə bəzi mərkəzlərin əlində oyuncaq olaraq terrorizmə çağırışlar edənlərin məsuliyyətə cəlb olunması ilə bağlı məsələ gündəmə gətirilməlidir: “Onların aşkar olunması, yaşadıqları dövlətin müvafiq qurumları qarşısında məsələ qaldırmaq və həmin şəxslərin ölkəyə ekstradisiyası, cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmalıdır.
Azərbaycan antiterror koalisiyasının üzvüdür, eyni zamanda terrorizmin maliyyələşdirilməsi və terrorçuluğa qarşı mübarizə üzrə konvensiyanı da ratifikasiya edib. Dünyada əksər dövlətlər bu konvensiyaları ratifikasiya edib və qarşılıqlı öhdəliklər mövcuddur. Odur ki, həmin o şəxslərin ekstradsiyası mümkündür. Beynəlxalq qanunvericilik də, Azərbaycanın imzaladığı sazişlər, qoşulduğu konvensiyalar da buna imkan verir. Bu mövzuda kifayət qədər hüquqi baza mövcuddur. Biz hüquqi tədbirlərlə kifayətlənməməliyik. Bu istiqamətdə genişmiqyaslı maarifləndirmə işinə, koordinasiyaya ehtiyac var. Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanları və ayrı-ayrı qurumlar hərəkətə keçməlidir və düşünürəm ki, artıq başlayıblar. Çünki bu günlərdə baş verən bütün təxribatxarakterli çıxışlardan üzüağ çıxdılar. Bu istiqamətdə ciddi işlər davam edir”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018