Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gömrük-biznes münasibətlərinin inkişafında yeni mərhələ
Tarix: 16.07.2018 | Saat: 19:40:00
Bölmə:Sosial | çapa göndər

Son illərdə Azərbaycanda milli sahibkarlıq subyektlərinin, rəqabətədavamlı iqtisadi mühitin və liberal bazar münasibətlərinin formalaşdırılması istiqamətində çox mühüm addımlar atılıb.

Xüsusilə də bir neçə il əvvəl baş vermiş qlobal maliyyə böhranının ölkəmizə mənfi təsirinin minimuma endirilməsi, sahibkarlıq mühitinin qorunub-saxlanılması, qeyri-neft sektorunda aparıcı qüvvəyə malik daxili istehsal müəssisələrinin ixrac potensialının gücləndirilməsi, xarici investorların Azərbaycana daha çox sərmayə yatırmasını təmin etmək məqsədi ilə dərin struktur islahatlarına start verildi, müxtəlif yol xəritələri hazırlandı. Biznes və dövlət münasibətlərində aparıcı mövqeyə malik gömrük sistemindəki дяйишикликляр дя ölkə rəhbərliyi səviyyəsində aparılan bu islahatlar paketinin ən mühüm tərkib hissələrindən biri idi. Qeyd edək ki, proses hələ də davam etməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin birinci yarısının yekunlarına dair Nazirlər Kabinetinin iclasında haqqında söz açılan məsələlərə xüsusi olaraq diqqət ayırdı. Dövlət başçısı bildirdi ki, son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir: "Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha böyük nəticələr görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir.
Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir.

Sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər. Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq".
Qeyd edək ki, bu gün Azərbaycanda gömrük xidmətlərinin əsas vəzifəsi üç istiqamətdə aparılır. Bunlar ticarətin asanlaşdırılması, dünya ölkələri ilə qurulan ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi, fiskal sahədə uğurlarа imza atmaq üçün vergi rüsumlarının toplanaraq dövlət büdcəsinə köçürülməsinin təmin edilməsindən ibarətdir. Hər üç istiqamət gömrük-biznes münasibətlərinin təşkili ilə sıx şəkildə bağlıdır.
2016-cı ildən başlayaraq etibarən gömrük orqanlarında islahatların aparılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn müəyyən işlər görülüb. Hazırda idxal-ixrac əməliyyatlarının, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə işlər davam etdirilir. Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığı nəzərə alınaraq son vaxtlar iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər təşkil olunur, sahibkarların rəy və təklifləri öyrənilir.
İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin sözlərinə görə, Azərbaycan Prezidentinin gömrük xidməti qarşısında qoyduğu vacib tapşırıqların ən birincisi sahibkarların yanında olmaq - tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir. Gömrük orqanlarının hər zaman sahibkarların yanında olduğunu diqqətə çatdıran komitə sədri, islahatların sürətlə davam etdiriləcəyini və gömrüklə bağlı bütün porblemlərin qarşılıqlı şəkildə müzakirə edilərək qısa zaman kəsiyində aradan qaldırılacağını söyləyib.
Xatırladaq ki, daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, sözügedən sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində öz fəaliyyətlərini dha da təkmilləşdirir, müasir standartların tətbiqi ilə bağlı ardıcıl addımlar atırlar.
Gömrük-biznes münasibətlərində aparıcı istiqamətlərdən sayılan ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması üçün mühüm əhəmiyyət kəsb edir.
Gömrük-biznes əməkdaşlığının yeni səviyyəyə qalxmasını şərtləndirən amillər sırasında ölkəmizdə Səlahiyyətli İqtisadi Operator Proqramının və “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanmasını xüsusi qeyd edə bilərik. Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə SAFE Çərçivə Standartlarının ikinci sütunu - Gömrük-Biznes Əməkdaşlığı çərçivəsində mühüm bir anlayış olan Səlahiyyətli İqtisadi Operator, gömrük-biznes əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edir. Dövlət Gömrük Komitəsi Səlahiyyətli İqtisadi Operator Proqramının Azərbaycanda daha da genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən ticarət və logistikanın inkişafı üzrə strateji yol xəritələrinə əsasən Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "bir pəncərə", SİO institutunun inkişafı, risklərin idarə olunması, post-audit sisteminin inkişafı kimi layihələr transaksiya əsaslı gömrük nəzarəti psixologiyasından - audit əsaslı gömrük nəzarəti fəlsəfəsinə keçidi təmin edib.
Tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşməsi Azərbaycanın böyük intermodal mərkəz olaraq Şimal və Cənub, Qərb və Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb. Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarətilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və keçən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti tranzit daşımalarının sürətlənməsi və ticarətin sadələşdirilməsi üçün mühüm amillərdəndir.
Biznes nümayəndələri ilə əməkdaşlıqda yeni layihələrin tətbiqi də nəzərdə tutulur. Məsələn, bu layihələr sırasında sahibkarlara ölkəyə idxal olunan mallarla bağlı operativ məlumatların çatdırılması diqqəti daha çox cəlb edir. Belə ki, əvvəlki dövrlərdə istər yerli, istərsə də xarici ticarət nümayəndələri Azərbaycana ixrac etdikləri məhsulların gömrük məntəqələrinə və ya təyinat yerlərinə çatması barədə uzun müddət məlumatsız qalırdılar. Tətbiq olunacaq yeniliyə əsasən artıq xarici iqtisadi fəaliyyət iştirakçılarının respublikanın gömrük məntəqələrindən idxal etdikləri mal və nəqliyyat vasitələri haqqında məlumatlar sms vasitəsi ilə birbaşa sahibkarların mobil telefonlarına ötürüləcək. Həmçinin tətbiq olunacaq bu sistem vasitəsi ilə sahibkarlar, gömrük rüsumları və vergilər haqqında da operativ məlumatlar əldə edə biləcəklər. Bu layihələrin reallaşması sahibkarlarla olan münasibətlərdə və sürətli ticarətin təmin olunmasında ciddi addımlar olacaq.

Gömrük-biznes münasibətlərinin inkişafından danışarkən diqqət yetirilməli digər mühüm məqamlardan biri də sahibkarların üzərinə düşən vəzifələr və məsuliyyətlə bağlıdır. Sirr deyil ki, bu gün dövlət sahibkarlıq sinfinin daha da inkişafı üçün dərin islahatlar aparır, süni bürokratik əngəllər aradan qaldırılır. Lakin dövlətin bu addımına qarşı sahibkarlar da yaradılan şəraitdən qanunlar çərçivəsində istifadə etməli, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu vəzifələr isə dövlət başçısının da son müşavirədə vurğuladığı kimi, qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaqdır. Artıq ölkənin siyasi rəhbərliyi DGK qarşısında da konkret tapşırıq qoyub - heç kimə güzəşt olunmamalıdır, hər kəs qanun qarşısında bərabərdir. Təəssüf ki, hələ də vergi məsuliyyətindən yayınaraq şəxsi mənfətini dövlətə olan borcunu ödəməkdən üstün tutan bəzi işbazlara rast gəlinir. Lakin gömrük orqanları bu cür məsuliyyətsiz iş adamlarının qısa zamanda müəyyənləşdirilərək dövlət büdcəsinə vurduqları ziyanın bərpası istiqamətində ciddi şəkildə iş aparırlar. Unutmamalıyıq ki, yaradılan şəraitlə qazanılan hər bir manatdan dövlət büdcəsinə ödənilən rüsum hər birimizin övladlarının, yaşlı valideynlərinin, əlillərin, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin ailələrinin, yaralanan qazilərimizin maddi rifah halının yaxşılaşdırılması işinə sərf olunur. Bu həm də bir vətəndaşlıq mövqeyidir.
İnanırıq ki, hazırda yüksək Avropa standartlarına uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü dövlət başçısının onların qarşısında qoyduğu mühüm tapşırıqları tam şəkildə yerinə yetirmək, gömrük-biznes əməkdaşlığını dünya standartları səviyyəsində qaldırmaq əzmindədir.

Azad Əliyev

Yazı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA