Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ANAMA-nın təbliğatı nəticəsində minalardan zərər çəkənlərin sayı sıfıra enib” – Qəzənfər Əhmədov
Tarix: 18.07.2018 | Saat: 22:03:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

Hafta.az yazır ki, ANAMA-nın rəhbərliyi, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İshakzai, İordaniya şahzadəsi Mirad bin Raad Bin Zeyd əl-Hüseyn, eləcə də xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə ANAMA-nın fəaliyyətini iks etdirən sərgiyə tamağa olunub.

Açılış çıxışı edən Agentliyin direktoru Qəzənfər Əhmədov qurumun tarixindən danışaraq ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ANAMA-nın yaradılmasının Azərbaycanda mina və partlamamış hərbi sursat probleminin həlli istiqamətində mühüm addım olduğunu bildirib. Diqqətə çatdırıb ki, Agentliyin təsis edilməsi piyadalar əleyhinə minaların qadağan olunması haqqında qlobal kampaniyanın - Ottava Konvensiyasının başlanması ilə üst-üstə düşüb. Bu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinə və dünyada gedən proseslərə strateji yanaşmasının bariz sübutudur.

“Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ANAMA bu illər ərzində beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub. Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə - minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahələrində də təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir” deyib Q.Əhmədov.

Q.Əhmədov Agentliyin yaradılmasının 20 illiyi münasibətilə prezident İlham Əliyevin imzaladığı sərəncamla qurumun 20 əməkdaşının müxtəlif orden və medallarla təltif edilməsini kollektivə göstərilən yüksək diqqət və qayğı ilə yanaşı, böyük etimad olduğunu vurğulayıb və buna görə dövlət başçısına minnətdarlığını bildirib.

“Agentlik respublikanın sərhədboyu ərazilərində, eyni zamanda, keçmiş Sovet ordusuna məxsus hərbi poliqonların, anbarların ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını yerinə yetirir. Agentliyin 20 illik fəaliyyəti dövründə 529 314780 kvadratmetr ərazi təmizlənib, 796972 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib” deyən Agentliyin direktoru bildirib ki, BMT-nin İnkişaf Proqramı ilə fəal əməkdaşlıq edən qurum müxtəlif layihələr həyata keçirir. ANAMA-nın həyata keçirdiyi mina təhlükəsizliyinə dair maarifləndirmə proqramının müsbət nəticəsi olaraq əvvəlki illərə nisbətən əhali arasında mina və partlamamış hərbi sursatlardan yaralanma, xəsarət alma sayı sıfıra enib. Bu il ABŞ-nın Marşal İrsi İnstitutunun Agentliyə verdiyi minaaxtaran itlərdən biri dünyada minaaxtaran itlər arasında keçirilmiş tədqiqata əsasən həmin təşkilat tərəfindən birinciliyə layiq görülüb.

Qeyd edilib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində sərhədyanı və cəbhəboyu rayonların ərazilərində ANAMA tərəfindən hərbi sursatların təmizlənməsi əməliyyatları aparılıb və 2 milyon 757 min 495 kvadratmetr ərazi yoxlanılıb, 268 müxtəlif növ mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA bir sıra beynəlxalq layihələrdə, xüsusilə Türkiyədə müxtəlif illərdə aparılan təmizləmə əməliyyatlarında da yaxından iştirak edir, eyni zamanda Əfqanıstan Minatəmizləmə Departamenti üçün milli potensialın yaradılması, keyfiyyət yoxlaması və mina aksiyalarında informasiya sistemləri üzrə işlər görülüb.

Sonra çıxış edən Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin təbrikini çatdırıb. Deyib ki, Agentlik fəaliyyətə başladığı dövrdə digər qurumlarla təcrübə mübadiləsi aparıb. O, ANAMA-nın 20 illik fəaliyyətini müsbət qiymətləndirib.

“Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinə çalışır”deyən F.Ələsgərov qeyd edib ki, işğal olunan ərazilər azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi texniki bazasını müasir standartlar səviyyəsində yüksəldib: “2017-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3,5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatla, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub, qarşılıqlı təcrübə mübadiləsi aparıb. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun əməkdaşlarının yüksək peşəkarlığının göstəricisidir. Minalardan təmizləmə peşəsinin sahibləri əksər hallarda həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli və humanist vəzifələrini icra edirlər. Onların fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət yetirilir, Agentliyin maddi-texniki təchizatı gücləndirilir, əməkdaşları dövlət mükafatları ilə təltif olunur”.

“ANAMA təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir”. Bu sözləri isə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib. O, ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirərək deyib ki, təmsil etdiyi təşkilat Agentliklə səmərəli əməkdaşlıq edir.

Tədbirdə çıxış edən İordaniya şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn deyib ki, Agentlik son 20 il ərzində böyük işlər görüb. Bu yeni nailiyyətlərin qazanılması üçün başlanğıcdır. ANAMA İordaniyanın müvafiq qurumu ilə ərazilərin hərbi sursatlardan təmizlənməsi sahəsində fəal əməkdaşlıq edir.

Sonda ANAMA-nın 20 illik fəaliyyətinə həsr edilən video-çarx nümayiş olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA