Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali təhsil proqramları təkmilləşdiriləcək
Tarix: 19.07.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu məqsədlə avropalı mütəxəssislərlə bərabər, üç prioritet sahə və pilot ixtisaslar müəyyənləşdirilib

Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq işlər aparılır. Məsələn, bu ilin iyul ayı ərzində Avropa İttifaqının Tvinninq proqramı üzrə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində bir neçə ekspert missiyası yerinə yetirilib.

Belə ki, bu ilin 2-6 iyul tarixlərində Tvinninq layihəsinin “Səriştəyə əsaslanan yanaşmanın tətbiqi ilə seçilmiş Milli Təhsil Standartlarının yenidən müəyyənləşdirilməsi” adlı 1-ci komponenti çərçivəsində Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin Ali Təhsil Siyasəti və Karyera Təhlili Şöbəsinin əməkdaşı Gintautas Jakstas ölkəmizə səfər edib.
Missiyanın məqsədi kompetensiyalara əsaslanan təhsil standartlarının təkmilləşdirilməsi məqsədi ilə üç prioritet sahənin və pilot ixtisasların müəyyən edilməsi olub. Səfər çərçivəsində ekspert Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin və Təhsil İnstitutunun əməkdaşları ilə görüşlər keçirib. Eyni zamanda Bakı Dövlət Universiteti, Azərbaycan Sahibkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq nümayəndələri ilə görüşlər təşkil edilib. Missiyanın sonunda aparılan görüş və təhlillərin nəticəsi olaraq ekspert tərəfindən təhsil proqramlarının gələcəkdə layihə çərçivəsində təkmilləşdirilməsi məqsədi ilə üç prioritet sahə və 15 pilot ixtisas müəyyən edilib.

Növbəti ekspert missiyası bu ilin 9-13 iyul tarixlərində baş tutub. Həmin tarixlərdə layihənin 1-ci komponenti çərçivəsində Litva Prezidentinin Təhsil və innovasiyalar üzrə müşaviri Saule Maçiukayte-Zviniene və Latviyanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya Şöbəsinin müdiri Jolanta Silka ölkəmizə səfər edib.

Missiyanın məqsədi ali təhsil proqramlarının keyfiyyətinin təkmilləşdirilməsi və əmək bazarının hazırkı və gələcək tələblərinə cavab verməsini təmin etmək üçün Təhsil Nazirliyi üçün əmək bazarı ilə bağlı məlumatlardan istifadə üzrə model nümunəsinin hazırlanması olub.
Səfər çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin nümayəndələri ilə görüşlər keçirilib. Universitetlərdə keçirilən görüşlər zamanı ali təhsil müəssisələrini bitirən məzunların iş yerlərinə dair məlumatların toplanması ilə bağlı məsələlər müzakirə edilib. Missiyanın son günündə keçirilən seminar zamanı ekspertlər əmək bazarı ilə bağlı toplanılan məlumatlardan istifadə üzrə hazırladıqları konkret modeli Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.

Xatırladaq ki, Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra təhsil sahəsində islahatlar daha da sürətlənib. Nəticədə ölkəmiz Avropa ali təhsil məkanının bir sıra vəzifələrinin yerinə yetirilməsində ciddi nailiyyətlər əldə edib. Bu nailiyyətlərin davamı olaraq Təhsil Nazirliyinin və Avropa İttifaqının (Aİ) “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvinning” layihəsi hazırlanıb. Təhsil Nazirliyinin, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzinin, Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin icrasına 2015-ci ilin sentyabrında başlanıb. İkiillik layihə çərçivəsində Azərbaycanda Avropa ali təhsil məkanının prinsiplərinə və standartlarına cavab verən keyfiyyət təminatı və milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan başqa, Azərbaycan ali təhsilində əlaqələndirmənin və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universitetində - Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji Universiteti və Texniki Universitetdə keyfiyyət qiymətləndirmələri reallaşdırılıb və layihə çərçivəsində hazırlanmış standartlar sınaqdan keçirilib.
Məlumat üçün vurğulayaq ki, Bolonya prosesinin əsas məqsədi Avropa ali təhsil məkanı yaratmaq, eləcə də o sistemi dünya miqyasında fəallaşdırmaqdır. Ölkəmizin Bolonya prosesinə qoşulması isə ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında mobilliyinin asanlaşdırılması, tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında məşğulluq (işədüzəlmə) prosesinin asanlaşdırılması, diploma əlavənin vahid modelinin yaradılması ilə məzunların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırması, uzunömürlü təhsil almaq imkanlarının yaradılması (ali təhsil müəssisələrindən akademik uğursuzluğa görə xaric olunmanın aradan qaldırılması), hər bir tələbəyə fərdi yanaşma, hər bir müəllimin tədris etdiyi kursa (fənnə) sərbəst yanaşması, tələbələrə öz təhsil prosesini seçməkdə sərbəstliyin verilməsi (məsələn, müəllim və fənn seçimində sərbəstliyi), yay semestri imkanlarından istifadə, tədrisi vaxtından əvvəl bitirmə imkanları (bakalavriat səviyyəsində 3.5 il, magistratura səviyyəsində 1.5 il), diplomların ekvivalentliyi və qarşılıqlı tanınması imkanlarını yaradır.
Yeri gəlmişkən, onu da deyək ki, Nazirlər Kabinetinin 75 nömrəli qərarı ilə təsdiq edilən sonuncu - “Ali təhsilin dövlət standartı və proqramı” 2010-cu ildə qəbul edilib. Qüvvədə olma müddəti 6 il olduğundan bu sahədə yeni sənədə ehtiyac var.

Ona görə də bu sahədə mövcud olan çatışmazlıqlar nəzərə alınaraq, Azərbaycanda ali təhsilin yeni standartları hazırlanır. Məlumata görə, ali təhsil pilləsinin 3 səviyyəsi üzrə standartlar müəyyənləşdirilib. Yeni sənəd özündən əvvəlkindən fərqlənəcək. Belə ki, hazırda 2010-cu ildə təsdiq edilən həmin “Ali təhsil pilləsinin standartı və proqramı”ndan başqa, qüvvədə olan əlavə 3 sənəd var. “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları” və “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” adlanan həmin sənədlərlə “Ali təhsil pilləsinin standartı və proqramı” sənədi, demək olar ki, biri-birini təkrarlayır. Odur ki, xarici ekspertlərin tövsiyəsi ilə həmin 4 sənədin birləşdirilməsi nəzərdə tutulub. Bundan başqa, ali təhsil standartlarının ilkin variantı Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi və Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliklə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində finlandiyalı və estoniyalı ekspertlərə təqdim olunub və onlardan rəy alınıb. Minimum tələbləri özündə əks etdirən həmin standartlar müəyyən olunduqdan sonra ixtisaslar üzrə təhsil proqramları hazırlanacaq. Yəni, minimum tələblər müəyyən olunandan sonra ixtisasların strukturu müəyyənləşdiriləcək və ixtisaslar üzrə Təsnifata uyğun təhsil proqramları hazırlanacaq.
Yeni təhsil proqramlarında “təlim nəticələri” də öz əksini tapacaq. Məlumata görə, kompetensiyalara əsaslanan təhsil proqramları ölkəmizdə 2012-ci ildən tətbiq edilməyə başlanılıb. Lakin “təlim nəticəsi” anlayışı “kompetensiya” anlayışına nisbətən daha böyük məna kəsb edir. Belə ki, “təlim nəticəsi” anlayışı bilik, bacarıq və səriştəni özündə ehtiva etdiyi halda, “kompetensiya” ancaq səriştə mənasını bildirir. Odur ki, yeni təhsil proqramlarının Avropa standartlarına uyğun olaraq təlim nəticələrinə əsasən hazırlanması planlaşdırılır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ