Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İdmançımız dünya kubokunun əsas mükafatını vətənə gətirdi
Tarix: 19.07.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Ölkəmizdə idmana böyük qayğı göstərilir. Elə bu qayğının nəticəsidir ki, hər il Azərbaycanın Bayrağını dünyada ucaldan gənc idmançılarımızın sayı artır. Onlardan biri də İslam Əsədovdur. Бu gənc idmançımız Bakı şəhərində doğulub, boya başa çatıb. İdmanın Karate Kobido NUNCHAKU növü ilə məşğul olur.

Dəfələrlə Dünya Və Avropa çempionu olub. İstər dünya, istərsə də Avropa üzrə keçirilən yarışlarda Vətənimizi layiqicə təmsil edib. Bu yaxınlarda Ukraynanın Odessa şəhərində karatenin WKC növü üzrə Dünya kuboku Kobido - NUNCHAKU yarışması keçirilib. Bu yarışmada respublikamızı 25 yaşlı İslam Əsədov təmsil edərək, WORLD CHAMPION Sensey adını qazanıb.
Yarışlardan qələbə ilə qayıdan həmyerlimiz, dünya çempionu İslam Əsədov ilk müsahibəsini və qələbə sevincini “Həftə içi” ilə bölüşərək bildirib ki, həmin yarışda Fransa idmançısı Stephane Oberle, Yaponiya idmançısı Zinq Yun, Rusiya idmançıları Mushinski Danil və Vladimir Boolatov kimi güclü idmançılarla qarşılaşıb:
- Kobido-NUNCUHAKU üzrə 12 növ цзря йарыш keçirilib. Mən bu yarışda 120 xal toplayaraq 1-ci, Zinq Yun 102 xalla 2-ci, Stephan Oberle 83 xalla 3-cü yeri qazanıb. Bu yarışlarda qələbə qazanaraq, Azərbaycan bayrağını yüksəkliyə qaldırdım və Dövlət Himnimiz səsləndirildi. Bayrağımız göyə qaldırılanda və Azərbaycanın Himni səsləndiriləndə çox kövrəldim. Sevinc hissi göz yaşlarıma çevrildi. Çünki adam öz vətəni ilə qürur hissi duyur.

İslam Əsədov bildirdi ki, keçirilən yarışlarda da qarşısına məqsəd qoyub ki, nəyin bahasına olur-olsun qələbə çalmalıdır:
- Fransa və Rusiya idmançılarına uduzmamalıydım. Гələbə ilə vətənə qayıtmalıydım. Belə də oldu. Yarışdan əvvəl özümdə güc topladım, ilk öncə, özümü bu yarışlara rəqiblərimdən psixoloji cəhətdən üstün, səbirli olmağa və döyüşlərdə ehtiyatla davranmağa çalışdım. Bir sözlə, peşəkarlığımı nümayiş etdirdim. Mən həm də öz gücümə və təcrübəmə arxayın idim. Yarışa gərək inamla qatılasan. Mən bütün yarışlarda rəqibimə qalib gəlməyim üçün inamla qatıldım və mübarizəni axıra kimi uğurla davam etdirdim.

Dünya çempionu təəssüf hissi ilə vurğuladı ki, yarışlar keçirilən ərəfədə Azərbaycanda iki polis əməkdaşının qətlə yetirilməsi xəbərini eşidib:
- Allah şəhidlərimizə rəhmət eləsin, mən bu xəbəri eşidəndə özümdə sarsıntı hiss etdim. Amma ruhdan düşmədim. Gərək dahi Nizaminin adını daşıyan qədim Gəncə şəhərində bu cür hadisələr baş verməyəydi. Çünki ölkəmizi dünyada sülhsevər, demokratik, sivil bir dövlət kimi tanıyırlar. Gənclərimiz vətənpərvər, sağlam ruhda tərbiyə almalıdır, onlar dini uydurmalara, dövlətimizə və dövlətçiliyimizə qarşı təxribat törədən bir qrup adamın arxasınca getməməlidir. Бizim güclü dövlətimiz və İlham Əliyev kimi qüdrətli prezidentimiz var. Dövlətimizin rəhbərinin arxasında sağlam gənclər və xalq dayanıb. Xalq rəhbərimizin apardığı ağıllı və müdrik siyasətinə inanır.
İslam Əsədov onu da xatırlatdı ki, idmandakı uğurlara görə üzərində bu qədər əziyyəti olan müəllimi, Əməkdar idman ustası, Əməkdar məşqiçi Nurəddin Quliyevə minnətdardır:
- Qeyd edim ki, 100-dən çox tələbəm var. Bu yaxınlarda Mərdəkan qəsəbəsində yerləşən akvarparkda respublika çempionatı keçiriləcək. İdmançılarımı həmin yarışlara hazırlayıram. İnanıram ki, yetirmələrim də gələcəkdə xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda, Dünya və Avropa çempionatlарынda təmsil olunacaq və mənim kimi çempion olub, Azərbaycanın üçrəngli bayrağını qaldıraraq qələbə ilə Vətənimizə qayıdacaqlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018