Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Anadolu Universitetində Milli Mətbuat Günü qeyd edildi
Tarix: 19.07.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Anadolu Universiteti Türkiyənin ən köklü və qədim, eləcə də dünyada ən çox tələbəsi olan universitetlrədən biridir. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Universitetdə Azərbaycan mətbuatının 143 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu tədris müəssisəsi distant təhsil aparan nüfuzlu ali məktəbdir və diplomları dünyada tanınır: "Distant təhsil fakültəsinin məzunları dünyanın dörd bir tərəfindədir. Anadolu Universiteti Türkiyənin və Azərbaycanın qanunlarına uyğun şəkildə fəaliyyət göstərir. Əgər hər hansı qanunsuzluq olsa Təhsil Nazirliyi bizi məlumatdırar və biz də tədbir görərik. Bu ali məktəbdə Azərbaycan qanunvericiliyinə zidd fəaliyyətdən söhbət belə gedə bilməz. Bu universitetin xidmətlərindən gənclərin daha çox yararlanması üçün səfirlik əlindən gələni edir".
Anadolu Universitetinin rektoru Naci Gündoğan bildirib ki, Anadolu Universiteti 1957-ci ildən fəaliyyət göstərən dövlət ali məktəbidir. Onun sözlərinə görə, 1982-ci ildən etibarən, burada distant təhsil aparılır: "İndiyədək 3 milyon məzunumuz olub, hazırda 2, 5 milyon tələbə Anadolu Universitetində təhsil alır. Tək azərbaycalılılar deyil, türk dilində danışan türkdillilər də universitetdə oxuya bilər. Bir ildir Azərbaycanda ingilis dilində də tədris aparılır".
Rektor əlavə edib ki, videokonfranslar vasitəsilə interaktiv dərslər keçirilir: "Texnologiya sərhədləri aşıb. Ali məktəbimiz Səudiyyə Ərəbistanı, ABŞ-da, Balkanlarda, 7 Avropa ölkəsində fəaliyyət göstərir. Türkcə danışılan hər yerdə varıq.

7 ildir, universitetimizdə Heydər Əliyev bilik mərkəzi açılıb. Hər il ənənəvi olaraq, Heydər Əliyevin doğum gününü həmin mərkəzdə qeyd edirik. Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı üç gün konfrans keçirdik".
Rektor iki ölkə arasında dostluq əlaqələrindən danışıb: "İki il əvvəl Türkiyə çətin vəziyyətdə olanda ilk olaraq Azərbaycandan dəstək aldı. Türkiyə də eyni dəstəyi verməyə hazırdır. Türkiyə ilə Azərbaycan doğrudan da bir millət, iki dövlətdir. Bu, təkcə sözdə yox, əməldə də özünü göstərir.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi bunun bariz nümunəsidir".
Daha sonra universitetin Əskişəhərdəki binası ilə video bağlantı həyata keçirilib. Distan təhsil fakültəsinin dekanı Yücəl Güney sözügedən tədris prosesi barədə geniş məlumat verib. Onun sözlərinə görə, bakalavr təhsili 4 illik müddəti əhatə etsə də, universiteti 3 ilə də bitirmək mümkündür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA