Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həyətlərdə çətənə kolları aşkar edilib
Tarix: 20.07.2018 | Saat: 12:06:00
Bölmə:Hadisə | çapa göndər

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Eltun Muradovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilədən sərnişini, əvvəllər məhkum olunmuş Bədirxan Teymurova məxsus 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə B.Teymurovun qohumu H.Teymurovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Məzahir Quliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Hənifə kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton olan 7856 ədəd çətənə kolunu yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018