Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Türküstan şəhərində tikiləcək bütün binalar Yasəvi türbəsindən alçaq olacaq" - Canseyid Tüymebayev
Tarix: 20.07.2018 | Saat: 12:10:00
Bölmə:Sosial | çapa göndər

Qazaxıstanın güneyində yerləşən Türküstana şəhərində yeni avtovoğzal, dəmir yolu voğzalı və hava limanı tikiləcək. 

Haftaa.z Kaztr-ə istinadən yazır ki, Türküstan valisi Canseyid Tüymebayevin iştirakı və sədrliyi ilə keçirilən toplantıda şəhərin sürətli inkişafını nəzərdə tutan məsələlər müzakirə edilib. Toplantıda Türküstanın türk dünyasının mədəniyyət mərkəzinə çevrilməsi üçün çeşidli layihələr təqdim olunub. Tədbirdə Türküstanın memarlıq və şəhərçilik baxımından inkişaf etdirilməsi ilə bağlı prezident Nursultan Nazarbayevin verdiyi təlimatdan söz açan vali Tüymebayev bunları deyib: “Türküstanda inşa ediləcək binalar çoxmərtəbəli olmayacaq. Binaların və istənilən memarlıq nümunələrinin hündürlüyü Yasəvi türbəsindən hündür ola bilməz. Türbə, şəhərin hər tərəfindən görünməlidir. Evlər orta dövr şəhərçilik və memarlıq qaydaalrına uyğun tikiləcək. Beləliklə, Türküstanın timsalında ölkədə bir şəhər tarixi görünüşünü qorumuş olacaq”.

Vali C.Tüymebayev əlavə edib ki, Türküstanda yeni hava limanının, dəmir yol voğzalının və avtovoğzalın, Yasəvi muzeyi və müxtəlif kafe-restoranlar da tikiləcək. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018