Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mətbuat nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Tarix: 20.07.2018 | Saat: 12:54:00
Bölmə:Sosial | çapa göndər

Bu gün 22 iyul Azərbaycan Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin media qurumlarının rəhbərləri Fəxri Xiyabanda görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Hafta.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. Mətbuat nümayəndələri sonra "Əkinçi" qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar. Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov bildirib ki, bir neçə gündən sonra mətbuatın 143 ili tamam olur. Milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıan şura sədri söyləyib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə öz maarifçilik xüsusiyyətləri ilə seçilib. O bildirib ki, bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib:" "Əkinçinin qoyduğu ideyaları davam etdirən qəzetlər sonradan müstəqilliyimizin əldə edilməsində böyük rola malik olublar. Son baş verən Mingəçevir, Gəncə hadisələrində də məlumatlar Azərbaycan mediası tərəfindən obyektiv olaraq ictimaiyyətə çatdırıldı. Bu gün Azərbaycanda diqqəti cəlb edən qanunvericilik bazası mövcuddur. Mətbuata dövlət qayğısı yüksək səviyyədədir. Bu gün Azərbaycan mətbuatı beynəlxalq imicinin formalaşmasında mühüm rola malikdir" Azərbaycan mediasını təbrik edən V.Səfərli isə çıxışında bildirib ki, mətbuat deyəndə Həsən bəy Zərdabi yada düşür:

"O, bütün ömrünü insanların maarifləndirilməsinə sərf edib. Bu gün bura toplaşanlar" Əkinçi"nin davamçılarıdır. Əkinçinin arzuları bu gün Azərbaycanda həyata keçib. Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Bu gün müstəqil mətbuatımız var və 5000-dən çox KİV qeydiyyatdan keçib. Böyük mütəfəkkirin bu arzusu artıq Azərbaycanda reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019